Qureyş - 106:4
O ki, onları aclıqdan qurtarıb doyurdu və qorxudan əmin-amanlığa qovuşdurdu.
1, 2... 4 ile ilişkili:
Qasas/28:57
Dedilər ki, "Sənin hidayətinə tabe olsaq yurdumuzdan edilərik." Onları, qatımızdan hər növ məhsulun ruzi olaraq toplanıb götürüldüyü güvənli və mübarək bir bölgəyə yerləşdirmədikmi? Halbuki çoxları bilməz.
Bəqərə/2:143
Beləcə sizi açıq fikirli bir camaat etdik ki, insanların arasında şahidlər ola biləsiniz və elçi də aranızda şahid ola bilsin. Elçiyə tabe olanlarla topuqları üzərində geriyə dönənləri bir-birindən ayırmaq üçün öncədən yönəldiyin qibləni dəyişdirdik. Allahın yol göstərdiyi kimsədən başqasına əlbəttə bu ağır gəlir. Allah imanınızı boşa çıxarmaz. Allah insanlara Şəfqətlidir, Rəhmlidir.
Ənkəbut/29:66
Burax, onlara verdiklərimizə nankorluq etsinlər, zövq alsınlar. İrəlidə biləcəklər.
Ənkəbut/29:67
Çevrələrindəki insanlar qamarlanıb götürülərkən, mübarək bölgəni güvənli etdik. Batilə iman edib, Allahın nemətinimi rədd edirlər?
Ənkəbut/29:25
Dedi ki, "Sizin Allahla yanaşı bütlərə qulluq/xidmət etməyiniz, sadəcə dünya həyatında aranızdakı dostluğu qorumaq məqsədiylədir. Fəqət sonra, dirilmə günündə bir-birinizi inkar edərsiniz, bir-birinizi lənətləyərsiniz. Daxil olacağınız yer atəşdir və orada yardımçı tapa bilməzsiniz."
Ənfal/8:26
Sayca az olduğunuz, yer üzündə əzilib xor baxıldığınız və insanların sizi ələ keçirib qaçıracaqlarından qorxduğunuz zamanları xatırlayın. O sizi sığınacaqla təmin etdi, sizi yardımı ilə dəstəklədi və gözəl şeylərdən sizə ruzilər verdi ki, şükür edəsiniz.
Qasas/28:58
Özlərinə verilən nemətlərə qarşı nankorluq edən neçə-neçə cəmiyyətləri məhv etmişik. Bax bunlar, onlardan sonra çox az kimsə tərəfindən iqamətgah edilmiş evləridir. Oralara Biz varis olduq.
Qureyş/106:1
Qureyş (bu mesajı) bağrına basmalı;
Qureyş/106:2
Qış və yay karvanlarını sevdikləri kimi.
Qureyş/106:3
Bu evin Rəbbinə qulluq etsinlər.
Qureyş/106:4
O ki, onları aclıqdan qurtarıb doyurdu və qorxudan əmin-amanlığa qovuşdurdu.
Nəcm/53:29
Mesajımızdan üz çevirən və dünya həyatından başqasını arzulamayan kimsəyə önəm vermə.