Yunus - 10:108 De ki: "Ey insanlar, Rəbbinizdən sizə gerçək gəlmişdir. Kim yola gələrsə, özü üçün yola gəlmiş olar. Kim də azarsa, öz zərərinə azar. Mən, sizə cavabdeh deyiləm."
"Mən sizin etdiyinizə cavabdeh deyiləm.": Əlaqəli
Bəqərə/2:119 Biz səni, gerçəklə, müjdələyən və xəbərdarlıq edən olaraq göndərdik. Cəhənnəm əhlinə sən cavadeh deyilsən.

Ənam/6:52 Səhər-axşam Rəblərinə yalvarıb sadəcə Onun razılığını arzulayanları qovma. Onların hesabından sən məsul deyilsən. Sənin hesabından da onlar məsul deyil. Onları qovsan zalım olarsan.

Kafirun/109:3 "Siz də mənim qulluq/xidmət etdiyimə xidmət etməzsiniz."
Kafirun/109:4 "Mən əsla sizin qulluq/xidmət etdiklərinizə xidmət edəcək deyiləm."
Kafirun/109:5 "Siz də mənim qulluq/xidmət etdiyimə xidmət edəcək deyilsiniz."

Bəqərə/2:139 De: “Bizimlə Allah haqqındamı mübahisə edirsiniz? Halbuki O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Biz etdiklərimizə, siz də etdiklərinizə cavabdehsiniz. Biz özümüzü sadəcə Ona həsr etdik."

Ənam/6:69 Müttəqilər belələrinin hesabından məsuliyyət daşımırlar. Fəqət dinləyə bilərlər deyə xatırlatmaq yaxşı olar.

Nur/24:54 De ki, "Allaha və elçiyə tabe olun. Rədd edərsəniz, o öz görəvinə cavabdehdir, siz də öz görəvinizə cavabdehsiniz. Ona tabe olsanız, doğrunu taparsınız. Elçinin tək görəvi, mesajı açıq şəkildə bildirməkdən ibarətdir.