Yunus - 10:22
Sizi quruda və dənizdə hərəkət etdirən Odur. (Düşünün ki) gəmidəsiniz... Xoş bir küləklə yolçuları (sərnişinləri) alıb apardığı zaman gəmidən məmnundurlar. Qəfildən şiddətli bir fırtınaya yaxalanırlar. Hər tərəfdən gələn dalğaların arasında tamamilə mühasirəyə alındıqlarını sandıqları an, dini sadəcə Allaha aid edərək, "Bizi bundan qurtararsan şükür edənlərdən olacağıq," deyə yalvarırlar.
Sizi dənizdə hərəkət etdirən:
Ya sin/36:41
Onlar üçün başqa bir ayə də, insan soyunu daşımağımızdır, yüklü gəmidə.
Rahmən/55:24
Dənizdə dağlar kimi axıb gedən gəmilər Onundur.
Ğafir/40:80
Sizin üçün onlarda müxtəlif faydalar vardır. Könlünüz istədiyi kimi onlardan faydalanırsınız. Onlarla və gəmilərlə daşınırsınız.
Yunus/10:22
Sizi quruda və dənizdə hərəkət etdirən Odur. (Düşünün ki) gəmidəsiniz... Xoş bir küləklə yolçuları (sərnişinləri) alıb apardığı zaman gəmidən məmnundurlar. Qəfildən şiddətli bir fırtınaya yaxalanırlar. Hər tərəfdən gələn dalğaların arasında tamamilə mühasirəyə alındıqlarını sandıqları an, dini sadəcə Allaha aid edərək, "Bizi bundan qurtararsan şükür edənlərdən olacağıq," deyə yalvarırlar.
İbrahim/14:32
Allah göyləri və yeri yaradan, göydən bir su endirib sizin üçün müxtəlif meyvələrdən qidalar çıxarandır. Qoyduğu qanuna görə sizi dənizdə daşıması üçün gəmiləri əmrinizə verdi. Eyni şəkildə çayları da əmrinizə verdi.
Nəhl/16:14
O ki, dənizi əmrinizə sunmuşdur; ondan təzə ət yeyirsiniz, ondan geyim və zinət üçün süslər çıxarırsınız. Gəmilərin dənizi yara-yara axıb getdiyini görürsünüz. Beləcə Onun lütfünü axtararsınız və bəlkə Ona şükür edərsiniz.
İsra/17:66
Rəbbiniz, nemətlərini axtarmağınız üçün gəmiləri okeanlarda üzdürəndir. O sizə qarşı Rəhmlidir.
Həcc/22:65
Allahın yerdəki şeyləri və əmri ilə dənizdə axıb gedən gəmiləri xidmətinizə verdiyini və göyü, izni olmadan yerin üzərinə düşməkdən qoruduğunu görmürsənmi? Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.
Rum/30:46
Sizə rəhmətini daddırmaq, əmri ilə gəmiləri üzdürməsi, lütfünü (ticarət yolu ilə) aramanız və şükür etməyiniz üçün küləkləri müjdəçi olaraq göndərməsi də Onun ayələrindəndir.
Loğman/31:31
Sizə bəzi ayələrini göstərmək üçün, Allahın lütfü ilə gəmilərin dənizdə axıb getdiyini görmürsünüz? Hər səbr edən və şükür edən üçün bunda dərslər vardır.
Şura/42:32
Okeanda dağlar kimi axıb gedən gəmilər də Onun ayələrindəndir.
Şura/42:33
İstəyərsə küləkləri durdurar və onlar suyun üzərində hərəkətsiz qalardı. Bunda, hər səbr edən və şükür edən kimsə üçün ibrətlər vardır.