Yunus - 10:28          
          
                        Onları bir araya topladığımız gün, ortaq qoşanlara; "Siz və ortaqlarınız haydı yerinizə!" deyərək bir-birlərindən ayırarıq. Ortaqları isə: "Siz bizə qulluq etmirdiniz," deyərlər.          
        
        
          Allah ortaq qoşaraq ölənləri nə üçün əfv etməz?        
      
                  
                    
                      Nisa/4:48                    
                  
                  
                                        Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, çox böyük bir həqarət etmiş olar.                  
                
                
              
                  
                    
                      Nisa/4:116                    
                  
                  
                                        Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.                  
                
                
              
                  
                    
                      Loğman/31:13                    
                  
                  
                                        Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."                  
                
                
              
                  
                    
                      Zumər/39:65                    
                  
                  
                                        Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.