Yunus - 10:66
Göylərdə və yerdə nə varsa Allahındır. Allahdan başqalarına yalvaranlar əslində qoşduqları ortaqları izləməməkdədirlər. Onlar sadəcə təxmin irəli sürürlər və sadəcə cəfəngiyyat danışırlar.
Allaha peyğəmbərləri, mələkləri, din xadimlərini və s... ortaq qoşanlar, bunu şeytanın təsiri ilə etdikləri üçün, əslində Şeytana qulluq/xidmət edənlərdir, Şeytanı Allaha ortaq qoşanlardır.
Yunus/10:66
Göylərdə və yerdə nə varsa Allahındır. Allahdan başqalarına yalvaranlar əslində qoşduqları ortaqları izləməməkdədirlər. Onlar sadəcə təxmin irəli sürürlər və sadəcə cəfəngiyyat danışırlar.
Nisa/4:117
Ondan ayrı olaraq tanrıçalara (ilahələrə) qulluq / xidmət edərlər. Əslində inadçı şeytandan başqasına qulluq / xidmət etmirlər.
Səba/34:40
Hamısını topladığı gün mələklərə, "Bunlarmı sizə qulluq/xidmət edirdi?" deyər.
Səba/34:41
Dedilər ki, "Sən Ucasan, Vəlimiz (dostumuz) onlar deyil, Sənsən. Xeyr, onlar cinlərə qulluq/xidmət edirdilər. Çoxları onlara iman edirdi."
Ya sin/36:59
Ey günahkarlar, siz bu gün ayrılın.
Ya sin/36:60
Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:61
Mənə qulluq edin. Bu ən doğru yoldur.
Ya sin/36:62
Buna rəğmən o, sizdən bir çox nəsilləri azdırdı. Heç ağlınızı işlətmirdiniz?
Ya sin/36:63
Bax, sizə söz verilən cəhənnəm budur!
Nas/114:4
"Şərrindən heç kəsin xəbəri olmadan (hiyləgərcəsinə) pıçıldayanların."
Nas/114:5
"Onlar insanların köksünə pıçıldayarlar."
Nas/114:6
"Onlar həm cinlərdən, həm də insanlardandır."