Yunus - 10:75 Sonra onların ardından Musa və Harunu Firona və onun dəstəsinə möcüzələrimizlə göndərdik. Fəqət təkəbbür göstərdilər və günahkar bir topluluq oldular.
İsrail oğullarına göstərməsi üçün Musaya verilən möcüzələr:
Qasas/28:30 Oraya yetişincə (yanan) ağacın olduğu mübarək bölgədə, sağ yamacın kənarından ona səslənildi: "Musa, Mən aləmlərin Rəbbi Allaham."
Qasas/28:31 "Dəyənəyini at!" Onu bir ilan kimi titrəşən görüncə, ardına belə baxmadan dönüb qaçdı. "Musa, (geri) dön, qorxma! Sən güvəndəsən!"
Qasas/28:32 "Əlini qoynuna sal, qüsursuz ağappaq çıxsın. Qorxudan açılan qanadlarını qatlayıb endir. Bu ikisi, Firon və zadəgan dəstəsinə qarşı Rəbbindən iki dəlildir. Onlar yoldan çıxan bir camaat olmuşlar."

Əraf/7:117 Biz də Musaya "Əsanı at," deyə vəhy etdik. Həqiqətən o, onların uydurduqlarını toplayıb uddu.
Əraf/7:171 Dağı bir çətir kimi üzərlərində sallamışdıq. Belə ki, təpələrinə düşəcəyini sanmışdılar: "Sizə verdiyimə möhkəmcə sarılın. Qurtula bilməniz üçün məzmunu üzərində düşünün."

Şuəra/26:63 Musaya, "Dəyənəyini dənizə vur!" deyə vəhy etdik. Bundan sonra yarıldı və hər hissəsi böyük bir təpə kimi oldu.

Əraf/7:160 Onları on iki qəbilə halında topluluqlara ayırdıq. Xalqı ondan su istədiyi zaman Musaya, "Əsan ilə daşa vur," deyə vəhy etdik. Ondan on iki çeşmə fışqırdı və hər qəbilə içəcəyi yeri bildi. Ayrıca onları buludlarla kölgələndirdik və üzərlərinə mənna və bildirçin endirdik: "Sizə verdiyim ruzilərdən yeyin." Onlar Bizə haqsızlıq etmirdilər, öz-özlərinə haqsızlıq edirdilər.

Bəqərə/2:73 “(Düyənin) bir parçasıyla ona (öldürülənə) vurun!” dedik. Bax, Allah ölüləri bu cür dirildir və düşünəsiniz deyə ayələrini (möcüzələrini) bu cür göstərir.
Bəqərə/2:55 Bir zamanlar, "Ey Musa, Allahı fiziki olaraq (açıq-aşkar) görmədikcə iman etməyəcəyik,”– demişdiniz. Gözünüz görə-görə sizi ildırım vurmuşdu.
Bəqərə/2:56 Sonra, bəlkə şükür edərsiniz deyə ölümünüzün ardından sizi diriltmişdik.