Yunus - 10:82 Allah sözləriylə haqqı gerçəkləşdirir. Günahkarlar xoşlanmasa da...
Allah sözləriylə haqqı ortaya qoyar:
Rad/13:17 Göydən bir su endirir və dərələr onunla dolar-daşar və sel bol köpük yüklənər. Eyni şəkildə, bəzək şeyləri, yaxud əşya düzəltmək üçün əritdikləri maddələrdən də bənzər bir köpük əldə edərlər. Allah gerçəyi və batili belə bir örnəklə tanıdır. Köpük, yox olub gedər; ancaq insanlara fayda verən isə yerdə qalır. Bax Allah örnəkləri bu cür verir.

Ənbiya/21:18 Xeyr, Biz gerçəyi batilin üstünə atarıq, sonra da onu məğlub edib məhv edər. (Allaha) isnad etdiklərinizdən ötrü vay halınıza.

Həcc/22:52 Səndən öncə, arzularına şeytanın qarışmadığı heç bir elçi və heç bir peyğəmbəri göndərmədik. Allah şeytanın atdığı şeyləri ortadan qaldırar və sonra Allah ayələrini sağlamlaşdırar. Allah Biləndir, Hikmət sahibidir.

Şura/42:24 Onlar, "O, Allah haqqında yalan uydurdu." deyirlər, eləmi? Allah istəsə, sənin qəlbini möhürləyər. Allah yanlışı silər və sözləri ilə gerçəyi yerləşdirər. O ən gizli düşüncələri bilir.

Səba/34:48 De ki, "Mənim Rəbbim gerçəyi təsirli edər. O bütün gizli olan şeyləri Biləndir."

İsra/17:81 Və bunu bildir ki: "Gerçək gəlmiş, yanlış isə ortadan qalxmışdır. Onsuz da yanlış, məhv olmağa məhkumdur."

Yunus/10:82 Allah sözləriylə haqqı gerçəkləşdirir. Günahkarlar xoşlanmasa da...