Yunus - 10:97 Onlara hər cürə möcüzə gəlsə belə, ağrılı-acılı əzabı görüncəyə qədər (iman etməzlər).
İnkar edənlərin acı əzabı gördüklərində iman etmələri:
Səcdə/32:12 Günahkarları, Rəbləri hüzurunda başlarını önə əymiş vəziyyətdə ikən bir görsəydin: "Rəbbimiz, gördük və eşitdik. Bizi (geri) döndər ki, müttəqi davranaq. İndi biz qəti olaraq iman etdik."

Ğafir/40:84 Nəhayət cəzamızı gördüklərində, "Artıq SADƏCƏ Allaha iman etdik və ortaq qoşduqlarımızı inkar etdik," deyərlər -
Ğafir/40:85 Əzabımızı gördüklərində iman etmələri onlara bir fayda verməz. Bu, daha öncəki qulları haqqında sürəkli tətbiq edilən Allahın sünnətidir (qanunudur). Məhz o zaman inkar edənlər məğlub olmuşlardır.