Nəsr - 110:3 Rəbbini tərifləyərək ucalt və Ondan bağışlanma dilə. O, tövbələri sürəkli qəbul edəndir.
İman edənlər necə bağışlanma diləyərlər?
Ali İmran/3:16 Onlar ki: “Rəbbimiz, biz iman etdik, günahlarımızı bağışla və bizi cəhənnəm əzabından qoru!”– deyərlər.
Ali İmran/3:191 O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayarlar. Göylərin və yerin quruluşu və yaradılışı haqqında düşünərlər: “Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, Sən ucasan, bizi atəş əzabından qoru!"
Ali İmran/3:192 "Rəbbimiz, Sən kimi atəşə salarsansa əlbəttə onu rəzil etmiş olursan. Zalımlara yardım edən olmaz."
Ali İmran/3:193 Rəbbimiz, biz, “Rəbbinizə iman edin!”– deyə imana çağıran bir dəvətçini eşitdik və iman etdik. Rəbbimiz! Günahlarımızı bağışla, pisliklərimizi ört və yaxşı kimsələr olaraq canımızı al."

Muminun/23:109 "Qullarımdan bir qrup, 'Rəbbimiz, iman etdik, bizi bağışla, bizə mərhəmət et! Sən mərhəmət edənlərin ən mərhəmətlisisən!' deyirdi."

Furqan/25:65 Və onlar belə deyərlər, "Rəbbimiz, Cəhənnəm cəzasını bizdən uzaqlaşdır. Onun cəzası qorxuncdur."

Mumtəhənə/60:5 "Rəbbimiz, inkar edənlər üçün bizi bir sınanma vasitəsi etmə, bizi bağışla. Rəbbimiz Sən Üstünsən, Hikmət Sahibisən."

Bəqərə/2:286 Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyər. Hər kəsin qazandığı yaxşılıq öz xeyrinə, qazandığı pislik isə öz zərərinədir. “Rəbbimiz, unudar yaxud yanılarıqsa bizi məsul tutma! Rəbbimiz, bizdən öncəkilərə yüklədiyin kimi bizə ağır öhdəliklər yükləmə! Rəbbimiz, gücümüzün çatmayacağı şeyləri bizə yüklətmə! Bizi xoş qarşıla, bizi bağışla və bizə rəhm et! Sənsən bizim Mövlamız (Sahibimiz və Hökmdarımız)! İnkar edən topluluqlara qarşı bizə yardım et!”

Əraf/7:149 Etdiklərinə peşman olub azmış olduqlarını anlayınca da, "Rəbbimiz bizə acımaz və bizi bağışlamazsa ziyana uğrayanlardan olarıq," dedilər.
Əraf/7:23 Hər ikisi: "Rəbbimiz, özümüzə zülm etdik. Bizi bağışlamasan və bizə acımasan, ziyana uğrayanlardan olarıq," dedilər.

Ənbiya/21:87 ZanNun (yəni ismində 'Nun' hərfi olan Yunus) da... Etiraz edərək görəvini tərk etmişdi. Onu kontrol edə bilməyəcəyimizi sandı. Nəhayət, (balığın qarnındakı) qaranlıqlar içində, "Səndən başqa tanrı yoxdur. Sən Ucasan. Mən yanlış davrandım," deyə yalvardı.

Qasas/28:15 Xalqının xəbəri olmadığı bir vaxtda şəhərə girmişdi. Orada iki adamın vuruşduğunu gördü; biri onun tərəfindən (İbrani), digəri də düşmən tərəfindən (Misirli) idi. (Onun) tərəfindən olan adam düşməninə qarşı ondan yardım istədi. Buna görə də Musa o birinə bir yumruq vurub işini bitirdi. "Bu şeytanın bir işidir; o bir düşməndir, açıq-aşkar bir azdırıcıdır," dedi.
Qasas/28:16 (Musa) dedi: "Rəbbim! Mən özümə haqsızlıq etdim, məni bağışla." O da onu bağışladı. Çünki O, Bağışlayandır, Rəhmlidir.

Sad/38:24 Dedi ki, "Sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, ortaqçıların çoxu bir-birinin haqqına əl uzadır. İman edib müttəqi davrananlar bunun xaricindədir, onlar isə sayca nə qədər də azdır!" Davud, onu sınadığımızı sanaraq bağışlanma dilədi, əyildi və (Bizə) yönəldi.
Sad/38:25 Beləcə onu bağışladıq. Yanımızda onun yaxınlığı və gözəl bir yeri vardır.

Hud/11:46 Dedi ki: "Ey Nuh, O, sənin ailəndən ola bilməz. Bilmədiyin bir mövzuda Məndən bir şey istəməyin, müttəqi bir rəftar deyildir. Cahillərdən olmamağı sənə öyüd-nəsihət edirəm."
Hud/11:47 Dedi ki: "Rəbbim! Bilmədiyim bir mövzuda Sənə yalvardığım üçün Sənə sığınıram. Məni bağışlamasan, mənə acımasan, ziyana uğrayanlardan olaram."

Bəqərə/2:201 Kim ki, “Rəbbimiz, bizə dünyada da, axirətdə də yaxşılıq ver. Bizi atəşin əzabından qoru," deyər.

Ali İmran/3:135 O kəslər ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı xatırlayar və günahları üçün bağışlanma diləyərlər, – Onsuzda Allahdan başqa kim günahları bağışlaya bilər ki? – və onlar bilə-bilə günah işləməyə davam etməz.

Nisa/4:64 Biz hər elçini, Allahın izni ilə, sadəcə ona itaət edilsin deyə göndərdik. Onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan günahlarının bağışlanmasını diləsəydilər və elçi də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın əfv edən və Rəhmli olduğunu görəcəkdilər.
Nisa/4:110 Kim bir pislik edər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan və Rəhmli olduğunu görər.