Hud - 11:10
Ona toxunan zərərlərdən sonra ona nemətlər daddırsaq, "Pisliklər (çətinliklər) məndən getdi," deyər. Bu dəfə sevinclidir, təkəbbürlüdür.
Təkəbbürlənənlər və cəzası:
Furqan/25:60
Onlara, "Rəhmana səcdə edin!" deyildiyi zaman, "Rəhman da nə imiş? Sənin bizə qarşı müdafiə etdiyin şeyəmi səcdə edəcəyik?" deyərlər. Və bu, ancaq onların nifrətini artırar.
Qaləm/68:42
Gün gələcək, onların iç üzləri açığa çıxarılacaq, səcdəyə çağrılacaqlar; ancaq buna gücləri yetməyəcəkdir.
Qaləm/68:43
Gözləri aşağı salınmış bir vəziyyətdə, onları rəzillik bürüyər. Halbuki onlar sağlam ikən səcdəyə çağırılmışdılar.
Muminun/23:24
Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."
Bəqərə/2:87
Musaya Kitabı verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Məgər bir elçi sizə xoşlamadığınız bir şey gətirdikdə təkəbbür göstərmədinizmi? Necə ki, (onların) bir qismini yalançı hesab etdiniz və bir qismini də öldürdünüz.
Nisa/4:172
Nə Məsih, nə də yaxın mələklər Allahın qulu olmağı kiçiklik saymaz. Kim Ona qulluğu kiçik görər, sonra da özünü böyük tutarsa, bilsin ki, O, onların hamısını hüzuruna toplayacaqdır.
Nisa/4:173
İman edib müttəqi davrananların mükafatlarını tam ödəyəcək və lütfündən onlara daha artıq verəcəkdir. Kiçik görüb təkəbbürlənənləri isə ağrılı-acılı bir əzabla cəzalandıracaq. Özlərinə Allahdan başqa nə bir sahib, nə də bir yardımçı tapa bilməyəcəklər.
Əraf/7:35
Adəm oğulları, sizə içinizdən elçilər gəlib sizə ayələrimi bildirdikləri zaman dinləyib özlərini düzəldənlərə nə bir qorxu vardır, nə də onlar üzülərlər.
Əraf/7:36
Təkəbbür göstərərək, ayələrimizi yalanlayanlara gəlincə, atəş əhlidir; Orada əbədi qalacaqlar.
Əraf/7:40
Ayələrimizi inkar edənlərə və onlara qarşı təkəbbür göstərənlərə göyün qapısı açılmaz və dəvə iynə deşiyindən keçmədikcə də Cənnətə girə bilməzlər. Günahkarları belə cəzalandırırıq.
Əraf/7:130
Firon tərəfini, öyüd alsınlar deyə illərlə quraqlıq və məhsul qıtlığına məhkum etdik.
Əraf/7:131
Onlara bir yaxşılıq gəldiyi zaman, "Buna biz layiqik," deyərlər. Onlara bir pislik toxunduğu zaman isə Musa və bərabərindəkiləri uğursuzluqla suçlayardılar. Doğrusu, onların uğursuzluğu Allah tərəfindən qərarlaşdırılır. Ancaq çoxları bilməzlər.
Əraf/7:132
"Bizi sehrləmək üçün nə qədər möcüzə (ayə) gətirirsən gətir, biz sənə iman edəcək deyilik," dedilər.
Əraf/7:133
Üzərlərinə tufan, çəyirtkə, həşərat, qurbağa və qan kimi ayrı-ayrı işarətlər göndərdik. Buna rəğmən təkəbbür göstərməyə davam etdilər və günahkar bir topluluq oldular.
Əraf/7:134
Hər nə zaman başlarına bir müsibət gəlsə, "Ey Musa, sənə verdiyi sözə görə Rəbbinə yalvar. Bizi bu fəlakətlərdən qurtararsan sənə iman edər və İsrail oğullarını da səninlə bərabər yollayarıq," dedilər.
Əraf/7:135
Onları söz etdikləri fəlakətlərdən müəyyən bir müddət üçün qurtarınca da sözlərindən dönürdülər.
Nəhl/16:49
Göylərdə və yerdə olan bütün məxluqlar və mələklər Allaha səcdə edərlər və təkəbbür göstərməzlər.
Muminun/23:63
Zehinləri bundan (mesajdan) qafil olub buna zidd işlərdə çalışmaqdadırlar.
Muminun/23:64
Varlılarını (zənginlərini) cəzaya məruz qoyduğumuzda, fəryad etməyə başlayarlar.
Muminun/23:65
Fəryad etməyin; bu gün tərəfimizdən heç bir yardım görməyəcəksiniz.
Muminun/23:66
Sizə ayələrim oxunurdu, (siz isə) arxa çevirirdiniz.
Muminun/23:67
Ona qarşı təkəbbür göstərirdiniz. Saçmalayaraq gecələyirdiniz.
Furqan/25:21
Bizimlə qarşılaşmağı ümid etməyənlər, "Bizə ya mələklər enməli, yaxud da Rəbbimizi görməliyik!" dedilər. Öz-özlərinə təkəbbür göstərmişlər və azğınlıqda çox irəli getmişdilər.
Saffat/37:35
Onlara "La ilahə illəllah" deyildiyində təkəbbür göstərirdilər.
Zumər/39:71
İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.
Zumər/39:72
"Təməlli qalacağınız Cəhənnəmin qapılarından girin. Təkəbbür göstərənlərin sonu necə də pismiş!" deyilər.
Zumər/39:72
"Təməlli qalacağınız Cəhənnəmin qapılarından girin. Təkəbbür göstərənlərin sonu necə də pismiş!" deyilər.
Ğafir/40:60
Rəbbiniz deyir ki, "Mənə yalvarın, sizə cavab verim." Təkəbbür göstərərək Mənə qulluq etməkdən çəkinənlər, alçaldılaraq cəhənnəmə girəcəklər.
Ğafir/40:75
Çünki siz yer üzündə gerçəyə əsaslanmadan sevinirdiniz və qudurub həddi aşırdınız.
Ğafir/40:76
Daimi qalmaq üzrə Cəhənnəmin qapılarından girin! Təkəbbürlənənlərin yeri necə də pisdir.
Fussilət/41:15
Ad xalqına gəlincə, onlar yer üzündə haqsız yerə təkəbbür göstərdilər və "Bizdən daha güclü kim var" dedilər. Onları yaradan Allahın onlardan daha güclü olduğunu anlamadılarmı? Onlar ayə və möcüzələrimizi bilərək inkar edirdilər.
Casiyə/45:8
Ona oxunan Allahın ayələrini eşitdikdən sonra, sanki onları heç eşitməmiş kimi təkəbbür göstərərək müqavimət göstərir. Onu ağrılı-acılı bir cəza ilə müjdələ.
Munafiqun/63:5
Onlara, "Gəlin ki, Allahın elçisi sizin üçün bağışlanma diləsin," deyildiyində, başlarını çevirərlər; təkəbbür göstərərək yoldan çıxdıqlarını görərsən.
Muddəssir/74:11
Bir fərd olaraq yaratdığım kimsəni Mənə burax.
Muddəssir/74:12
Ona həm zənginlik verdim,
Muddəssir/74:13
Həm də gözü önündə övladlar...
Muddəssir/74:14
Ona nemətlər yağdırdım.
Muddəssir/74:15
Buna rəğmən, daha artığını istəyir.
Muddəssir/74:16
Əsla, çünki o, ayələrimizə qarşı bir inadkar oldu.
Muddəssir/74:17
Onu çətin bir yoxuşa dırmandıracağam.
Muddəssir/74:18
Necə ki, o, düşündü; ölçdü-biçdi.
Muddəssir/74:19
Məhv olası, nə cür ölçdü-biçdi?!
Muddəssir/74:20
Məhv olası, yenə nə cür ölçdü-biçdi?!
Muddəssir/74:21
Baxdı.
Muddəssir/74:22
Sonra qaşqabağını salladı, qaşlarını çatdı.
Muddəssir/74:23
Və arxasını çevirdi; təkəbbür göstərdi:
Muddəssir/74:24
"Bu, təsirli sehrdən başqa bir şey deyildir!" dedi.
Muddəssir/74:25
"Bu, sadəcə bir insan sözüdür."