Hud - 11:113
Zalımlara əsla simpatiya duymayın, onları dəstəkləməyin, yoxsa sizə atəş toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur, sonra sizə yardım da edilməz.
İman edənlərin dostları:
Casiyə/45:19
Onlar, Allahdan (gələcək) heç bir şeyi səndən dəf edə bilməzlər. Zalımlar bir-birlərinin dostlarıdır. Allah da müttəqilərin Dostudur.
Maidə/5:55
Gerçək dostlarınız, Allah, elçisi və namazı qoruyub təvazökar olaraq zəkatı verən möminlərdir.
Maidə/5:56
Kim Allahı, elçisini və iman edənləri dost qəbul edərsə, bilsin ki, Allahın partiyası (firqəsi) üstün gələcək.
Mumtəhənə/60:8
Allah, din uğrunda sizinlə savaşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətli davranmanızı qadağan etməz. Allah ədalətli davrananları sevər.
Ənfal/8:72
İman edənlər, Allah yolunda köç (hicrət) edənlər, malları və canları ilə cihad edənlər və onlara sığınacaq verib onlara yardım edənlər bir-birlərinin dostudur. İman etdiyi halda sizinlə birlikdə köç (hicrət) etməyənlər köç (hicrət) edincəyə qədər onlardan məsul deyilsiniz. Ancaq onlar, din bağına görə sizdən yardım istəyərlərsə, aranızda razılaşma (müqavilə) olan bir camaata qarşı olmaması şərti ilə onlara Yardım etməlisiniz. Allah etdiklərinizi Görəndir.
Tovbə/9:71
İman edən kişilər və iman edən qadınlar bir-birlərinin dostudur. Yaxşılığı əmr edərlər, pislikdən çəkindirərlər, namazı qoruyurlar, zəkatı verirlər, Allaha və elçisinə tabe olarlar. Bax, Allah onlara rəhmət edəcəkdir. Allah Üstündür, Hikmət sahibidir.
Tovbə/9:16
Allah, içinizdən Özü uğrunda cihad edənləri, Allahdan, Elçisindən və iman edənlərdən başqasını yaxın dost qəbul etməyənləri bilib ayırmadan buraxılacağınızımı sandınız? Allah etdiklərinizi Xəbər Alır.
Nisa/4:144
Ey iman edənlər! İman edənləri buraxıb inkar edənləri dost tutmayın. Allaha, sizə qarşı istifadə edəcəyi bir dəlilmi vermək istəyirsiniz?
Ali İmran/3:28
İman edənlər, iman edənləri buraxıb inkar edənləri dost seçməsinlər. Kim bunu edərsə Allah ilə bir əlaqəsi qalmaz. Ancaq onlardan qorxma halınız başqa... Allah Özü haqqında sizə xəbərdarlıq edir. Dönüş Allahadır.
Bəqərə/2:257
Allah iman edənlərin Hökmdarı və Dostudur; onları qaranlıqlardan aydınlığa çıxarır. İnkar edənlərin dostları isə azğın kəslərdir; onları aydınlıqdan qaranlığa çıxarırlar. Onlar atəş xalqıdır, onlar orada sürəkli qalacaqlar.