Hud - 11:118 Rəbbin istəsəydi, insanları vahid bir camaat edərdi. Fəqət onlar sürəkli olaraq (gerçəyi) mübahisə edəcəklər.
Cəmiyyətlərin anlaşmazlığa düşdüyü məsələlərə nümunələr:
Bəqərə/2:90 Allahın, lütfünü qullarından istədiyinə endirməsini qısqanaraq Allahın nazil etdiyini inkar etmək üçün şəxsiyyətlərini satmaları necə də pisdir. Beləcə üst-üstə qəzəbə düçar oldular. Kafirlərə alçaldıcı bir əzab var.
Bəqərə/2:113 Yəhudilər: “Xristianların bir təməli yoxdur," deyərkən, Xristianlar da: "Yəhudilərin bir təməli yoxdur," dedilər. Halbuki hamısı da kitabı oxuyurlar. Cahillər də eyni onlar kimi danışır. Dirilmə günü Allah ayrılığa düşdükləri mövzularda aralarında hökm verəcəkdir.
Bəqərə/2:140 İbrahimin, İsmailin, İshaqın, Yəqubun və nəvələrinin Yəhudi və ya Xristian olduğunumu iddia edirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın bildirdiyini gizləyəndən daha zalım kim ola bilər? Allah etdiklərinizdən qafil deyil."
Bəqərə/2:213 İnsanlar tək bir topluluq idi. Allah peyğəmbərləri müjdələyici və xəbərdar edici olaraq göndərdi. Və ixtilafa düşdükləri mövzularda insanların arasında hökm etmələri üçün onlarla birlikdə gerçəyi əhatə edən kitabı nazil etdi. Halbuki kitab verilənlər onlara açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı qısqanclıqdan ötrü onun haqqında ixtilafa düşdülər. Fəqət Allah, izni ilə iman edənləri onların ixtilafa düşdüyü gerçəyə yetişdirdi. Allah istədiyini/istəyəni doğru yola yönəldir.
Bəqərə/2:253 O elçilərin bəzisinə digərlərindən daha çox lütf göstərdik. Örnək olaraq, bəziləriylə Allah danışdı, bəzilərini də dərəcələrlə yüksəltdi. Məryəm oğlu İsaya açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Allah istəsəydi, onların ardından gələnlər onlara açıq-aşkar dəlillər gəldikdən sonra bir-birləri ilə vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Bəzisi iman etdi, bəzisi inkar etdi. Allah istəsəydi, bir-biriləri ilə savaşmazdılar. Fəqət, Allah istədiyini edər.

Ali İmran/3:19 Allah tərəfindən təsdiqlənən tək din , Təslim Olmaqdır (İslamdır). Kitab verilmiş olanlar, özlərinə bilik gəldikdən sonra sırf aralarındakı qısqanclıq üzündən anlaşmazlığa düşdülər. Allahın ayələrini inkar edənlər üçün Allah haqq-hesabı tez çəkər.
Ali İmran/3:50 "Məndən öncəki Tövratı təsdiqləmək və sizə haram edilən bəzi şeyləri halal etmək üçün göndərildim. Sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahı dinləyin və məni izləyin."
Ali İmran/3:55 Allah İsaya belə demişdi: “Sənin dünyadakı həyatına son verəcəyəm və Özümə yüksəldəcəyəm. Səni inkar edənlərdən qurtaracağam və sənə tabe olanları Dirilmə Gününə qədər inkar edənlərin üzərində tutacağam. Sonra, dönüşünüz Mənədir və mübahisə etdiyiniz mövzular barəsində, aranızda Mən hökm verəcəyəm."
Ali İmran/3:65 Ey Kitab əhli! Nə üçün İbrahim haqqında mübahisə edirsiniz? Halbuki Tövrat da, İncil də ondan sonra nazil edildi. Ağlınızı işlətməyəcəksiniz?
Ali İmran/3:66 Məlumat sahibi olduğunuz mövzularda mübahisə edirsiniz! Bəs haqqında heç bir məlumata sahib olmadığınız bir mövzuda necə mübahisə edə bilirsiniz? Siz bilməyə bilərsiniz; amma Allah bilir.
Ali İmran/3:67 İbrahim nə Yəhudi idi, nə də Xristian; Təkallahlı (hənif) bir müsəlmandı. Heç bir zaman ortaq qoşanlardan olmadı.
Ali İmran/3:105 Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra ayrılıq və ixtilafa düşənlər kimi olmayın. Onlar üçün böyük bir əzab var.

Maidə/5:48 Özündən öncəki kitabları təsdiqləyən, onların yerinə keçən bu kitabı, gerçəklərlə əhatə olunmuş olaraq sənə nazil etdik. Allahın sənə nazil etdiyi ilə aralarında hökm ver. Sənə gələn gerçəkləri buraxıb onların həvəsinə uyma. Hər biriniz üçün bir qanun və üsul müəyyən etdik. Allah istəsəydi hamınızı tək bir camaat edərdi. Ancaq, sizə verdikləriylə sizi sınayır. Yaxşılıq etməkdə yarışın. Hamınızın dönüşü Allahadır. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuları sizə bildirəcək.

Yunus/10:19 İnsanlar vahid bir cəmiyyət idi; sonra anlaşılmazlığa (ixtilafa) düşdülər. Rəbbinin vermiş olduğu bir Sözü olmasaydı, anlaşılmazlığa (ixtilafa) düşdükləri mövzuda dərhal aralarında hökm veriləcəkdi.
Yunus/10:93 İsrail oğullarına şərəfli bir yer bağışladıq və onlara gözəl ruzilər verdik. Fəqət, onlara elm gəldikdən sonra ayrılığa düşdülər. Rəbbin, dirilmə günü, ayrılığa düşdükləri mövzuda aralarında hökm verəcəkdir.

Hud/11:110 Musaya Kitabı verdik; ancaq onda anlaşılmazlığa (ixtilafa) düşdülər. Rəbbinin verilmiş bir sözü olmasaydı, aralarında hökm veriləcəkdi. Onlar ondan şübhə içindədirlər, qərarsızdırlar.

Nəhl/16:38 "Allah ölən bir kəsi diriltməz" deyə bütün gücləriylə Allaha and içərlər. Xeyr, Onun verdiyi gerçək bir sözdür o. Ancaq insanların çoxu bunu bilmir.
Nəhl/16:39 Anlaşılmazlığa (ixtilafa) düşdükləri mövzuları onlara açıqlasın və kafirlər də özlərinin yalançı olduğunu öyrənsin.
Nəhl/16:64 Sənə bu kitabı nazil etdik ki, anlaşılmazlığa (ixtilafa) düşdükləri mövzuları onlara bildirəsən. Bu kitab, iman edən bir topluluq üçün bir yol göstəricidir, bir rəhmətdir.
Nəhl/16:92 İpliyini möhkəmcə əyirdikdən sonra (onu) açan qadın kimi olmayın. Bir topluluğun digər bir topluluqdan güclü olmasından faydalanaraq andlarınızı aranızda pis şeyə istifadə etməyin. Allah sizi beləcə sınayar. Anlaşılmazlığa (ixtilafa) düşdüyünüz mövzuları Dirilmə günü sizə açıqlayacaq.
Nəhl/16:124 Şənbə günü, sadəcə onda ayrılığa (ixtilafa) düşənlərə vacib edilmişdi. Rəbbin ayrılığa (ixtilafa) düşdükləri mövzuda Dirilmə günü aralarında hökm verəcəkdir.

Məryəm/19:30 (İsa:) "Mən Allahın bir quluyam! Mənə kitab verdi və məni peyğəmbər etdi," dedi.
Məryəm/19:31 "Harada oluramsa olum, məni mübarək etdi. Yaşadığım müddətcə mənə namazı və zəkatı və"
Məryəm/19:32 "anama qarşı xoş xasiyyətli olmamı əmr etdi. Məni dikbaş bir zalım (üsyankar) etmədi."
Məryəm/19:33 "Doğulduğum gün, öldüyüm gün və diri olaraq qaldırılacağım gün mənə salam olsun!"
Məryəm/19:34 Bax, Məryəm oğlu İsa belə idi. Haqqında şübhəyə düşdükləri mövzunun gerçəyi budur.
Məryəm/19:37 Məzhəblər, (İsanın şəxsiyyəti barəsində) aralarında anlaşılmazlığa (ixtilafa) düşdülər. Böyük bir günə şahid olacaq kafirlərin vay halına!

Səcdə/32:23 Musaya Kitabı verdik; Bu mövzuda heç bir şübhən olmasın. Onu İsrail oğulları üçün bir rəhbər etdik.
Səcdə/32:24 Səbr etdikləri və ayələrimizə qəti olaraq iman etdikləri zaman, əmrimiz əsasında içlərindən yol göstərən öndərlər təyin etmişdik.
Səcdə/32:25 Rəbbin, ayrılığa (ixtilafa) düşdükləri mövzularda onların arasında dirilmə günü qərar verəcəkdir.

Zumər/39:3 Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.
Zumər/39:45 Allah tək olaraq xatırlandığı an Axirətə iman etməyənlərin qəlbləri hüzursuz olaraq ürkər (qorxub çəkinər). Fəqət Ondan başqaları xatırlandığı zaman dərhal üzləri gülər.
Zumər/39:46 De ki, "Göyləri və yeri yoxdan Yaradan, gizlini və aşkarı Bilən Tanrım, ayrılığa (ixtilafa) düşdükləri mövzular haqqında qulların arasında hökmü yalnız Sən verirsən."

Fussilət/41:45 Biz Musaya Kitabı verdik, onda da anlaşılmazlığa (ixtilafə) düşdülər. Rəbbinin verdiyi bir sözü olmasaydı aralarında hökm verilərdi. Gerçəkdən onlar onun barəsində şəkk və şübhə içindədirlər.

Şura/42:13 Daha öncə Nuha buyurduğu dini, sizə qanun olaraq müəyyən etdik. Sənə vəhy etdiyimiz kimi, İbrahimə, Musaya və İsaya da öyüd-nəsihət elədik: "Bu dini doğru tutun və onda ayrılığa (ixtilafa) düşməyin." Fəqət onları çağırdığın şey, ortaq qoşanlara ağır gəlməkdədir. Allah istəyəni özünə seçər və Özünə yönələni doğruya yetişdirər.
Şura/42:14 Onlara bilgi yetişdikdən sonra sırf aralarındakı paxıllıq ucbatından, ayrılığa (ixtilafa) düşdülər. Bəlli bir zaman üçün Rəbbinin verilmiş bir sözü olmasaydı, onların arasında dərhal hökm verilərdi. Onlardan sonra Kitaba varis olanlar da ondan şəkk və şübhə içindədirlər.

Zuxruf/43:63 İsa açıq-aşkar möcüzələrlə gəlincə demişdi ki, "Sizə hikmət və ayrılığa (ixtilafa) düşdüyünüz mövzulara açıqlama gətirdim. Allahı dinləyin və mənə tabe olun."

Casiyə/45:16 İsrail oğullarına Kitabı, hikməti və peyğəmbərliyi vermişdik. Onları yaxşı nemətlərlə ruziləndirmiş və onları bütün insanlara üstün etmişdik.
Casiyə/45:17 Onlara açıq-aşkar əmrlər verdik. Onlara bilgi gəldikdən sonra, aralarındakı paxıllıqdan ötrü ayrılığa (ixtilafa) düşdülər. Dirilmə Günü sənin Rəbbin, ayrılığa düşdükləri mövzularda onların arasında hökm verəcəkdir.

Beyyinə/98:4 Gerçək budur ki, özlərinə Kitab verilənlər, ancaq onlara açıq-aydın dəlil gəldikdən sonra ayrılığa (ixtilafa) düşdülər.
Beyyinə/98:5 Halbuki onlardan, dini sadəcə Allaha aid edən təkallahlılar (monoteist) olaraq Ona qulluq etmələri, namazı qorumaları və zəkatı vermələri istənilmişdi. Bax, ən doğru din budur.