Hud - 11:12
"Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.
Öncəki elçilərdən də mələkləri gətirməsini istədilər:
Muminun/23:23
Nuhu xalqına göndərmişdik və demişdi: "Xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"
Muminun/23:24
Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."
Fussilət/41:13
Üz çevirərlərsə, de ki, "Sizi Ad və Səmud ildırımına bənzər bir ildırımla xəbərdar etdim."
Fussilət/41:14
Onlara, "Allahdan başqasına qulluq/xidmət etməyin," deyə önlərindən və arxalarından elçilər getmişdi. Onlar isə, "Rəbbimiz istəsəydi, bir mələk endirə bilərdi. Buna görə də, sizin gətirdiyiniz mesaja inanmırıq," dedilər.
Zuxruf/43:51
Firon xalqına belə səsləndi: "Ey xalqım, Misirin hökmranlığı və altımda axıb gedən bu çaylar mənə aid deyilmi? Görmürsünüzmü?"
Zuxruf/43:52
"Yaxud mən, bu alçalmış (rəzil) və danışmaqdan aciz olan adamdan daha üstün deyiləmmi?"
Zuxruf/43:53
"Nə üçün ona qızıllardan ibarət bir xəzinə verilmir, yaxud nə üçün yanında işləyəcək mələklər gəlmir?"
Hicr/15:6
Dedilər ki: "Ey özünə Zikr (mesaj) nazil edilən, sən bir dəlisən."
Hicr/15:7
"Doğru sözlüsənsə bizə mələkləri gətirsənə."