Hud - 11:19          
          
                        Onlar ki, Allahın yolundan uzaqlaşdırarlar və onu əyri göstərmək istəyərlər. Onlar axirəti də inkar edərlər.          
        
        
          Allaha yalan uyduranların aqibəti:        
      
                  
                    
                      Zumər/39:60                    
                  
                  
                                        Dirilmə Günü, Allah haqqında yalan uyduranların üzlərini üzüntülü görərsən. Cəhənnəm, azğınlar üçün tam uyğun bir yer deyilmi?                  
                
                
              
                  
                    
                      Əraf/7:37                    
                  
                  
                                        Allaha yalan iftira edəndən və ya ayələrini yalanlayandan daha zalım kim ola bilər?  Onların kitabda anlatılan payları onlara yetişəcəkdir. Elçilərimiz onlara gəlib canlarını alarkən: "Allahdan başqa qulluq/xidmət etdikləriniz haradadır," dediklərində, "Bizi tərk etdilər," deyərlər. İnkarçı olduqlarına dair öz əleyhlərində şahidlik edərlər.                  
                
                
              
                  
                    
                      Əraf/7:38                    
                  
                  
                                        "Sizdən öncə gəlib-keçən cin və insan topluluqarı ilə birlikdə atəşə girin," dedi. Hər nə vaxt bir topluluq girdisə bir öncəkinə lənət etdi. Hamısı oraya daxil olduğunda sonrakılar öncəkilər üçün: "Rəbbimiz, bizi bunlar azdırdı. Bunlara atəşdən bir qat daha artıq əzab ver," dedilər. "Hamısı üçün iki qat vardır. Ancaq bilmirsiniz," dedi.                  
                
                
              
                  
                    
                      Yunus/10:60                    
                  
                  
                                        Allahın adına yalan uyduranlar dirilmə gününü düşünmürlərmi? Allah insanlara qarşı bol lütf sahibidir; ancaq onların çoxu şükür etməz.                   
                
                
              
                  
                    
                      Yunus/10:69                    
                  
                  
                                        De ki: "Allah haqqında yalan uyduranlar uğur qazana bilməzlər."                  
                
                
              
                  
                    
                      Yunus/10:70                    
                  
                  
                                        Dünyada paylarını alarlar, sonra dönüşləri Bizədir. Sonra da inkar etmələrinə görə onlara şiddətli əzabı daddırarıq.                   
                
                
              
                  
                    
                      Hud/11:18                    
                  
                  
                                        Uydurma olan şeyləri Allaha isnad edəndən daha zalım kim ola bilər? Onlar Rəblərinin hüzuruna çıxarılar və şahidlər: "Bax, Rəbləri haqqında yalan uyduranlar bunlardır," deyəcəklər. Allahın lənəti zalımlaradır.                  
                
                
              
                  
                    
                      Hud/11:19                    
                  
                  
                                        Onlar ki, Allahın yolundan uzaqlaşdırarlar və onu əyri göstərmək istəyərlər. Onlar axirəti də inkar edərlər.                  
                
                
              
                  
                    
                      İsra/17:73                    
                  
                  
                                        Başqa bir şeyi uydurub bizə isnad etməyin üçün az qala səni, sənə vəhy etdiyimizdən ayırıb azdıracaqdılar. Bax o zaman səni dost qəbul edəcəkdilər.                   
                
                
              
                  
                    
                      İsra/17:74                    
                  
                  
                                        Səni sağlamlaşdırmasaydıq, az qala onlara bir az meyl edəcəkdin.                  
                
                
              
                  
                    
                      İsra/17:75                    
                  
                  
                                        O zaman da həyatın və ölümün əzabını qatbaqat sənə daddırardıq. Sonra Bizə qarşı bir yardımçı da tapa bilməzdin.                  
                
                
              
                  
                    
                      Səba/34:33                    
                  
                  
                                        Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?                  
                
                
              
                  
                    
                      Zumər/39:30                    
                  
                  
                                        Sən öləcəksən, onlar da öləcəklər.                  
                
                
              
                  
                    
                      Zumər/39:31                    
                  
                  
                                        Sonra Dirilmə Günü, Rəbbinizin hüzurunda məhkəməyə çıxacaqsınız.                  
                
                
              
                  
                    
                      Zumər/39:32                    
                  
                  
                                        Allaha qarşı yalan uydurandan və özünə gerçək gəldiyində onu yalanlayandan daha zalım kim ola bilər? Kafirlər üçün cəhənnəmdə bir yermi yoxdur?