Hud - 11:20
Onlar, yer üzündə qaçıb qurtula bilməzlər və Allahdan başqa dost və sahibləri yoxdur. Onlara əzab qat-qat artırılar. Çünki onlar eşidə bilmədilər, görə bilmədilər.
Allahla yanaşı qəbul etdikləri tanrıları onları qoruya bilməz:
Nuh/71:23
Dedilər ki, "Tanrılarınızı tərk etməyin. Nə Vəddi, nə Suvaı, nə Yəğusu, Yəuqu və Nəsri buraxmayın."
Nuh/71:24
"Çox insanı yoldan çıxartdılar. Elə isə, sən də zalımların (özlərinə zülm edənlərin) şaşqınlığını artır."
Nuh/71:25
Günahlarına görə boğuldular və atəşə daxil edildilər. Özlərinə Allahdan başqa yardımçı da tapa bilmədilər.
Hud/11:19
Onlar ki, Allahın yolundan uzaqlaşdırarlar və onu əyri göstərmək istəyərlər. Onlar axirəti də inkar edərlər.
Hud/11:20
Onlar, yer üzündə qaçıb qurtula bilməzlər və Allahdan başqa dost və sahibləri yoxdur. Onlara əzab qat-qat artırılar. Çünki onlar eşidə bilmədilər, görə bilmədilər.
Ənkəbut/29:39
Qarun, Firon və Hamanı da... Musa onlara açıq-aşkar dəlillərlə getmişdi; ancaq onlar yer üzündə təkəbbür göstərdilər. Qaçıb qurtula bilmədilər.
Qasas/28:81
Onu evi ilə birlikdə yerin dibinə batırdıq. Allahdan başqa ona yardım edə biləcək bir dəstəsi yoxdu; qazananlardan olmadı.
Ya sin/36:43
İstəsəydik onları boğardıq; nə bir çığlıqlarına yetişən olardı, nə də qurtula bilərdilər.
Şura/42:31
Siz bunu əngəlləyə bilməzsiniz yer üzündə. Sizin üçün Allahdan başqa nə bir sahib, nə də bir yardımçı yoxdur.
Əhqaf/46:32
Allaha (tərəf) çağırana cavab verməyənlər yer üzündə (Allahdan) qaça bilməz. Onların Ona qarşı dostları da olmaz. Onlar açıq-aşkar bir azğınlıq içindədirlər.
Qaf/50:36
Onlardan öncə, onlardan daha güclü neçə-neçə nəsilləri məhv etmişdik. Ölkə-ölkə gəzib-dolaşmışdılar; qurtuluşu varmı?