Hud - 11:31 "Allahın xəzinələrinin yanımda olduğunu söyləmirəm, gizli olanı bilmirəm, mələk olduğumu da irəli sürmürəm. Xor baxdığınız kimsələrə, Allahın bir yaxşılıq bağışlamayacağını da söyləmirəm. Onların gizli düşüncələrini Allah daha yaxşı bilir. Əks təqdirdə zalımlardan olaram."
Nuh xalqı, Allahla yanaşı tanrılar qəbul edən zalım bir camaatdı:
Nuh/71:21 Nuh dedi ki, "Rəbbim, onlar mənə qarşı gəldilər və parası (pulu), övladları özünə sadəcə zərər verən bir kimsəyə uydular."
Nuh/71:23 Dedilər ki, "Tanrılarınızı tərk etməyin. Nə Vəddi, nə Suvaı, nə Yəğusu, Yəuqu və Nəsri buraxmayın."
Nuh/71:24 "Çox insanı yoldan çıxartdılar. Elə isə, sən də zalımların (özlərinə zülm edənlərin) şaşqınlığını artır."