Hud - 11:35 "Bunu (bu nəql edilən tarixi mübahisəni) o uydurdumu"- deyirlər? (Ey Muhəmməd!) De ki: "Onu mən uydurmuşamsa, günahımdan mən (özüm) məsuliyyətli olacağam və sizin işlədiyiniz günahlarla da mənim bir əlaqəm yoxdur."
Dirilmə günü kimlər başqalarının günahlarından məsuliyyətli tutulur?
Nəhl/16:24 Onlara deyilmişdi: "Rəbbiniz nə nazil etmişdi?" Dedilər: "Əvvəlkilərin nağıllarımı."
Nəhl/16:25 Dirilmə günündə öz günahlarının hamısını, ayrıca azdırdıqları kimsələrin günah yüklərindən də bir payı yüklənərlər. Yükləri necə də pisdir.

Ənkəbut/29:11 Allah əlbəttə iman edənlərlə ikiüzlüləri aşkar edəcəkdir.
Ənkəbut/29:12 İnkar edənlər iman edənlərə: "Bizim yolumuza tabe olun; günahlarınızı biz yüklənərik," dedilər. Halbuki onların günahlarından heç bir şeyi yüklənəcək deyillər; yalançıdırlar.
Ənkəbut/29:13 Gerçəkdə, öz yüklərinə əlavə olaraq (məsuliyyətini daşıdıqları) başqa yükləri də yüklənəcəklər və uydurduqları şeylərdən dirilmə günü sorğu-sual olunacaqlar.