Hud - 11:40 Nəhayət, əmrimiz gəlib və göy qaynayıb daşınca, ona dedik ki: "Hər növdən bir cütü, daha öncə  məhkum edilmişlər xaric, ailə-uşağını və iman edənləri ona yüklə." Onunla birlikdə iman etmişlər zatən bir neçə nəfər idi.
"Hər (canlı) növündən bir cütü al": Məqsəd nədir?
Zumər/39:6 Sizi tək bir nəfərdən yaratdı. Sonra ondan da həmtayını yaratdı. Sizə səkkiz cür kənd təsərrüfatı heyvanı endirdi. Sizi analarınızın qarınlarında, üç qaranlıq içərisində yaradılışdan yaradılışa keçirərək yaratmaqdadır. Rəbbiniz olan Allah bax budur. Hökmranlıq Ona aiddir. Ondan başqa tanrı yoxdur. Necə olur ki, çevrilirsiniz?

Ənam/6:143 Səkkiz cift: Qoyundan iki, keçidən iki... De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkilərimi?" Doğru sözlülərsinizsə, bir biliyə əsaslanaraq mənə cavab verin.
Ənam/6:144 Dəvədən iki, inəkdən iki. De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkinimi? Allahın sizə belə əmr etdiyinə şahidmi oldunuz? İnsanları biliksizcə yoldan azdırmaq üçün, yalan uydurub onları Allaha isnad edənlərdən daha zalım kim ola bilər? Allah zalım topluluğu doğru yola yönəltməz."

Hud/11:40 Nəhayət, əmrimiz gəlib və göy qaynayıb daşınca, ona dedik ki: "Hər növdən bir cütü, daha öncə  məhkum edilmişlər xaric, ailə-uşağını və iman edənləri ona yüklə." Onunla birlikdə iman etmişlər zatən bir neçə nəfər idi.