Hud - 11:51          
          
                        "Ey xalqım, buna qarşılıq olaraq sizdən hər hansısa bir ücrət də istəmirəm. Mənim ücrətim, məni ilk Yaradandan başqasına düşməz. Ağlınızı istifadə etmirsiniz?"          
        
        
          Buna qarşılıq sizdən bir pul (muzd) istəmirəm: Məqsəd nədir?        
      
                  
                    
                      Sad/38:86                    
                  
                  
                                        De ki, "Buna qarşılıq olaraq sizdən bir ücrət istəmirəm. Mən bir saxtakar deyiləm."                  
                
                
              
                  
                    
                      Qaləm/68:46                    
                  
                  
                                        Yoxsa sən onlardan bir ücrət istəyirsən, onlar da ağır bir borc altında qalırlar?                  
                
                
              
                  
                    
                      Tovbə/9:34                    
                  
                  
                                        Ey iman edənlər, din bilənlərin və din adamlarının çoxu insanların pulunu nahaq yerə yeyərlər və Allahın yolundan azdırırlar. Qızıl və gümüşü yığıb Allah yolunda xərcləməyənlərə ağrılı-acılı bir əzab müjdələ.