Hud - 11:57 "Üz çevirsəniz, artıq mən mənimlə göndərilən mesajı sizə bildirdim. Rəbbim yerinizə başqa bir xalq keçirəcək və siz Ona heç bir zərər verə bilməzsiniz. Mənim Rəbbim hər şeyi Hifz edib Kontrol Edəndir."
Ad xalqı necə üz çevirdi?
Əraf/7:65 Ad xalqına da qardaşları Hudu göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"
Əraf/7:66 Xalqının öndə gələn inkarçıları, "Biz səni başıboşluq (səfehlik) içində görürük. Biz səni yalançı sanırıq."
Əraf/7:67 Dedi ki: "Ey xalqım, Mən başıboş (səfeh) deyiləm; fəqət mən, aləmlərin Rəbbi tərəfindən bir elçiyəm."
Əraf/7:68 "Sizə Rəbbimin mesajını çatdırıram. Sizin üçün etibarlı bir nəsihətçiyəm."
Əraf/7:69 "Sizi xəbərdar etmək məqsədilə Rəbbinizdən bir mesajın aranızdan bir adama gəlməsinəmi təəccübləndiniz? Nuhun xalqından sonra sizi varislər etdiyini və xilqətcə sizi onlardan güclü etdiyini xatırlayın. Uğur qazanmanız üçün Allahın nemətlərini düşünün."
Əraf/7:70 Dedilər ki: "Sadəcə Allaha qulluq edək və atalarımızın qulluq/xidmət etdiklərini tərk edək deyəmi bizə gəldin? Doğru sözlüsənsə bizi təhdid etdiyin şeyi gətir, görək."
Əraf/7:71 Dedi ki: "Rəbbinizdən bir əzab və qəzəbə məhkum edilmisiniz. Sizin və atalarınızın uydurduğu və Allahın özlərinə heç bir güc vermədiyi isimlər haqqındamı mənimlə mübahisə edirsiniz? Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm."

Hud/11:50 Ad xalqına da qardaşları Hudu... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Siz ancaq uydurursunuz."
Hud/11:51 "Ey xalqım, buna qarşılıq olaraq sizdən hər hansısa bir ücrət də istəmirəm. Mənim ücrətim, məni ilk Yaradandan başqasına düşməz. Ağlınızı istifadə etmirsiniz?"
Hud/11:52 "Ey xalqım, Rəbbinizdən bağışlanma diləyin, sonra Ona yönəlin ki, göydən üzərinizə bol rəhmət yağdırsın, gücünüzə güc qatsın. Günahkarlar olaraq üz çevirməyin!"
Hud/11:53 Dedilər ki: "Ey Hud, Sən bizə qəti bir dəlil ilə gəlmədin, biz, sırf sənin sözünlə dinimizi buraxan deyilik. Sənə iman edəcək deyilik."
Hud/11:54 "Sənin tanrılarımızın biri tərəfindən vurulduğunu söyləyirik." Dedi ki: "Allahı şahid tuturam, siz də şahid olun ki, mən uzağam sizin ortaq qoşduğunuz,"
Hud/11:55 "Ondan başqalarından. Haydı, hamınız birləşib mənə qarşı plan hazırlayın. Heç gözləməyin də."
Hud/11:56 "Mən, Rəbbim və Rəbbiniz olan Allaha güvəndim. Onun kontrol etmədiyi heç bir canlı (məxluq) yoxdur. Rəbbim ən doğru yolun üzərindədir."
Hud/11:57 "Üz çevirsəniz, artıq mən mənimlə göndərilən mesajı sizə bildirdim. Rəbbim yerinizə başqa bir xalq keçirəcək və siz Ona heç bir zərər verə bilməzsiniz. Mənim Rəbbim hər şeyi Hifz edib Kontrol Edəndir."
Hud/11:58 Əmrimiz gəlincə Hudu və onunla birlikdə iman edənləri Bizdən bir rəhmətlə qurtardıq. Onları dəhşətli bir əzabdan qurtardıq.
Hud/11:59 Bax, Ad (xalqı) belə idi! Rəblərinin ayələrini rədd etdilər, elçilərinə üsyan etdilər və hər inadçı zalımın əmrinə tabe oldular.
Hud/11:60 Bundan sonra, həm bu dünya həyatında, həm də Dirilmə günündə bir lənətə uğradılar. Qısacası, Ad xalqı, Rəblərinə qarşı çıxdı. Hudun xalqı Ad məhv olmuşdur.

Fussilət/41:15 Ad xalqına gəlincə, onlar yer üzündə haqsız yerə təkəbbür göstərdilər və "Bizdən daha güclü kim var" dedilər. Onları yaradan Allahın onlardan daha güclü olduğunu anlamadılarmı? Onlar ayə və möcüzələrimizi bilərək inkar edirdilər.

Haqqə/69:4 Səmud və Ad (xalqı) sarsıdıcı hadisəni yalanladı.