Hud - 11:61
Səmuda da qardaşları Salehi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrı yoxdur. Sizi yerdən çıxarıb yaradan, sizi oraya yerləşdirən Odur. Elə isə Ondan bağışlanma diləyin və sonra Ona yönəlin. Şübhəsiz Rəbbim Yaxındır, Cavab verəndir.
Əlaqəli:
Bəqərə/2:133
Yəqub can verərkən şahid olsaydınız. O, övladlarına: "Məndən sonra kimə qulluq edəcəksiniz?" - deyə soruşmuşdu. Onlar da, "Sənin Tanrın, ataların İbrahim, İsmail və İshaqın Tanrısı olan tək Tanrıya qulluq edəcəyik, biz Ona təslim olanlarıq," - demişdilər.
Bəqərə/2:163
Tanrınız bir tək Tanrıdır; Ondan başqa tanrı yoxdur. O Rəhmandır, Rəhimdir.
Bəqərə/2:255
Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.
Ali İmran/3:2
Allah: Ondan başqa tanrı yoxdur, Diridir, Qəyyumudur.
Ali İmran/3:6
Bətnlərdə sizə istədiyi şəkildə surət verən Odur. Ondan başqa tanrı yoxdur, Üstündür, Hikmət Sahibidir.
Ali İmran/3:18
Allah, Özündən başqa tanrı olmadığına şəhadət edər; mələklər və ədaləti qoruyan elm sahibləri də... Ondan başqa tanrı yoxdur, Üstündür, Hikmət Sahibidir.
Maidə/5:73
"Allah üçlüyün üçüncüsüdür!" – deyənlər inkar etmişdir. Halbuki Tək Tanrıdan başqa tanrı yoxdur. Bu sözlərinə son qoymazlarsa, inkar edənlərinə ağrılı-acılı bir əzab toxunacaqdır.
Əraf/7:172
Rəbbin, Adəm oğullarının bellərindən soylarını çıxarırkən onları öz-özlərinə şahid tutar: "Mən Rəbbiniz deyiləmmi?" "Bəli, şahidlik edirik," deyərlər. Beləcə dirilmə günü, "Biz bundan xəbərsiz idik," deyə bilməzsiniz.
Tovbə/9:31
Din bilənlərini, din adamlarını və Məryəm oğlu Məsihi Allahdan ayrı rəblər qəbul etdilər. Halbuki, yalnız tək Tanrıya qulluq etməklə əmr olunmuşdular. Ondan başqa Tanrı yoxdur. O, tay tutduqları kimsələrdən də çox Ucadır.
Yunus/10:90
İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun ordusu isə küstahca və düşməncə arxalarına düşdü. Boğulmaq üzrə ikən, "İsrail oğullarının iman etdiyindən başqa tanrı olmadığına iman etdim, mən müsəlmanam," dedi.
Hud/11:14
Sizə cavab verə bilmədilərsə, biləsiniz ki, o Allahın bilgisi ilə nazil edilmişdir və Ondan başqa tanrı yoxdur. Artıq müsəlman olacaqsınızmı?
Hud/11:61
Səmuda da qardaşları Salehi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrı yoxdur. Sizi yerdən çıxarıb yaradan, sizi oraya yerləşdirən Odur. Elə isə Ondan bağışlanma diləyin və sonra Ona yönəlin. Şübhəsiz Rəbbim Yaxındır, Cavab verəndir.
Rad/13:30
Daha əvvəlki camaatlara olduğu kimi, səni də bu camaata göndərdik ki, sənə vəhy etdiyimizi onlara oxuyasan, halbuki onlar Rəhmana qarşı nankorluq edirlər. De ki: "Odur mənim Rəbbim; Ondan başqa tanrı yoxdur. Ona güvəndim; dönüş Onadır."
Nəhl/16:2
Qullarından istədiyinə, mələkləri vəhylə endirərək, əmrini çatdırır: "İnsanlara xəbərdarlıq edin: Məndən başqa tanrı yoxdur və Məni dinləyin."
Nəhl/16:51
Allah, "İki tanrı qəbul etməyin, Ondan başqa Tanrı yoxdur. Sadəcə Məndən çəkinin!" demişdir.
Kəhf/18:110
De ki, "Mən sizin kimi bir insandan başqa bir şey deyiləm. Tanrınızın tək bir Tanrı olduğu mənə vəhy edildi. Rəbbi ilə qarşılaşmağı ümid edən hər kəs müttəqi işlər görsün və Rəbbinə olan qulluğa heç kimsəni ortaq qoşmasın."
Ta ha/20:8
Allah, Ondan başqa Tanrı yoxdur. Bütün gözəl isimlər Onundur.
Ta ha/20:14
"Mən, bəli Mən Allaham; Məndən başqa tanrı yoxdur. Mənə qulluq et və Məni xatırlamaq üçün namazı qoru!"
Ənbiya/21:25
Səndən öncə (elə) bir elçi göndərmədik ki, ona: "Məndən başqa tanrı yoxdur; sadəcə Mənə qulluq edin!" deyə vəhy etmiş olmayaq.
Həcc/22:34
Onlara kənd təsərrüfatı heyvanlarını ruzi olaraq verməsindən ötrü, Allahın isimini xatırlamaları üçün, hər topluluğa ayrı bir ibadət forması müəyyən etdik. Tanrınız tək bir tanrıdır. Sadəcə Ona təslim olun. İtaət edənlərə müjdə ver.
Muminun/23:116
Gerçək Hökmdar olan Allah çox ucadır. Ondan başqa tanrı yoxdur və O, comərd (səxavətli) hökmranlığın Rəbbidir.
Nəml/27:26
Allah, Ondan başqa Tanrı yoxdur. O Böyük hakimiyyətin Rəbbidir.
Qasas/28:70
O, Allahdır. Ondan başqa tanrı yoxdur. Əvvəldə də, Axırda da təriflər Onadır. Bütün hökm də Ona aiddir və Ona döndəriləcəksiniz.
Qasas/28:88
Allah ilə birlikdə heç bir tanrını çağırma! Ondan başqa tanrı yoxdur. Onun varlığı xaric hər şey məhv olmağa məhkumdur. Hökm tamamilə Onundur və siz Ona döndəriləcəksiniz.
Rum/30:30
Təkallahlı biri olaraq özünü dinə həsr etməlisən. Həqiqətən, Allah insanları belə bir yaradılış ilə donataraq yaratmışdır. Allahın yaratmasında dəyişiklik olmaz. Bu, tam kamil bir dindir, fəqət insanların çoxu bilməz.
Fatir/35:3
Ey insanlar, Allahın sizə olan nemətlərini xatırlayın. Sizi göydən və yerdən ruziləndirən Allahdan başqa bir yaradıcımı var? Ondan başqa tanrı yoxdur. Necə olur ki, azdırılırsınız?
Saffat/37:4
(Ona görə) ki, sizin Tanrınız Birdir.
Zumər/39:6
Sizi tək bir nəfərdən yaratdı. Sonra ondan da həmtayını yaratdı. Sizə səkkiz cür kənd təsərrüfatı heyvanı endirdi. Sizi analarınızın qarınlarında, üç qaranlıq içərisində yaradılışdan yaradılışa keçirərək yaratmaqdadır. Rəbbiniz olan Allah bax budur. Hökmranlıq Ona aiddir. Ondan başqa tanrı yoxdur. Necə olur ki, çevrilirsiniz?
Ğafir/40:3
Günahları Bağışlayan, Tövbəni Qəbul Edən, Cəzası Şiddətli, Sonsuz Güc Sahibi... Ondan başqa Tanrı yoxdur. Dönüş Onadır.
Ğafir/40:62
Budur Rəbbiniz Allah, hər şeyin Yaradıcısıdır; Ondan başqa tanrı yoxdur. Necə də çevrilirsiniz?
Ğafir/40:65
O, Diridir; Ondan başqa tanrı yoxdur. Dini sadəcə Ona aid edərək, Onu çağırın. Tərif aləmlərin Rəbbi Allahadır.
Fussilət/41:6
De ki, "Mən, sadəcə sizin kimi bir insanam. Mənə, sizin tanrınızın bir tək tanrı olduğu vəhy edilir. Ona yönəlin, Ondan bağışlanma diləyin. Vay ortaq qoşanların halına!"
Duxan/44:8
Ondan başqa tanrı yoxdur. Dirildir, öldürür. Sizin də, öncəki atalarınızın da Rəbbidir.
Muhəmməd/47:19
Bil ki, Allahdan başqa tanrı yoxdur. Özünün, iman edən kişilərin və iman edən qadınların günahları üçün bağışlanma dilə. Allah sizin bütün hərəkətlərinizi və dayanıb-duracağınız yeri bilir.
Həşr/59:22
O Allahdır ki, Ondan başqa Tanrı yoxdur. Bütün gizli olanları və aşkarda olanları Biləndir. O Rəhmandır, Rəhimdir.
Təğabun/64:13
Allah, Ondan başqa Tanrı yoxdur. İman edənlər, Allaha güvənsinlər.
Muzzəmmil/73:9
Məşriqin və məğribin Rəbbidir; Ondan başqa tanrı yoxdur. Özünə advokat (vəkil) olaraq Onu seç.
Ya sin/36:60
Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:61
Mənə qulluq edin. Bu ən doğru yoldur.
Ya sin/36:62
Buna rəğmən o, sizdən bir çox nəsilləri azdırdı. Heç ağlınızı işlətmirdiniz?