Hud - 11:68
Sanki orada heç yaşamamışdılar. Doğrusu Səmud (xalqı) Rəblərinə qarşı gəldi; Səmud (xalqı) məhv olub getdi.
"Sanki orada heç yaşamamışdılar.": Əlaqəli
Haqqə/69:6
Ad (xalqı) isə sərt və azğın bir qasırğa ilə məhv edildi.
Haqqə/69:7
Onu, yeddi gecə və səkkiz gün boyunca üzərlərinə bir bəla olaraq saldı. (O) xalqın, çürümüş xurma gövdələri kimi yerə yıxıldıqlarını görərsən.
Haqqə/69:8
Onların heç bir qalıntısını görürsənmi?
Məryəm/19:98
Onlardan öncə neçə-neçə cəmiyyətləri məhv etdik: Heç (onlardan) birini hiss edirsənmi? Ya da pıçıltılarını eşidirsənmi?
Hud/11:67
Zalımları qorxunc bir səs yaxaladı, yurdlarında çöküb qaldılar.
Hud/11:68
Sanki orada heç yaşamamışdılar. Doğrusu Səmud (xalqı) Rəblərinə qarşı gəldi; Səmud (xalqı) məhv olub getdi.
Hud/11:94
Əmrimiz gəlincə Şueybi və onunla birlikdə iman edənləri Bizdən bir rəhmətlə qurtardıq. Zülm edənləri qorxunc gurultu yaxaladı; yurdlarında çöküb qaldılar.
Hud/11:95
Sanki orada heç yaşamamışlar kimi... Səmud (xalqı), necə məhv edildisə, Mədyən (xalqı) da eləcə məhv edildi.