Yusuf - 12:111
Onların tarixində, şüur sahibləri üçün bir dərs vardır. Bu, uydurma bir hədis deyil; fəqət özündən öncəkilərin təsdiqləyicisi, hər şeyin detallı açıqlaması və iman edənlər üçün bir hidayət və Rəhmətdir.
Hidayət = Doğru yol = Allaha layiqi ilə qulluq/xidmət etmək:
Ali İmran/3:86
İman etdikdən, elçinin doğru olduğuna şahid olduqdan və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra inkar edən bir camaatı, Allah necə doğruya yönəldər? Allah zalım camaatı hidayətə yetişdirməz.
Fussilət/41:17
Səmud xalqına gəlincə, onlara yolu göstərdik, halbuki onlar korluğu hidayətdən üstün tutdular. Axırda, qazandıqlarına qarşılıq, onları alçaldıcı əzabın ildırımı yaxaladı.
Məryəm/19:76
Allah, doğru yolu seçənlərin hidayətini artırır. Müttəqi işlər, Rəbbinin qatında əbədi olaraq ən yaxşı mükafata və ən yaxşı aqibətə layiqdir.
Ənam/6:84
Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.
Ənam/6:85
Zəkəriyya, Yəhya, İsa və İlyasa da... Hamısı da yaxşılardan idi.
Ənam/6:86
İsmail, Əl-Yəsə, Yunus və Luta da... Hamısını insanlara üstün etdik.
Ənam/6:87
Atalarından, soylarından və qardaşlarından bir çoxunu seçib doğru yola yönəltdik.
Ali İmran/3:51
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."
Ənam/6:88
Allahın hidayəti belədir. Qullarından istədiyini və/və ya istəyəni ona yetişdirir. Ortaq qoşsaydılar etdikləri boşa çıxardı.
Ənam/6:89
Bax onlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bu xalq, bunları inkar edərsə, Biz onları inkar etməyən bir cəmiyyətlə yerlərini dəyişdirərik.
Əraf/7:203
Onlara bir möcüzə gətirmədiyin zaman: "Möcüzə istəsəydin nə olardı?" deyərlər. De ki: "Mən, ancaq Rəbbimdən mənə vəhy edilənə tabe oluram." Bunlar, Rəbbinizdən aydınlatmalardır, iman edən bir camaat üçün bir hidayət və rəhmətdir.