Yusuf - 12:38
"Mən, atalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Allaha hər hansısa bir şeyi ortaq qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və insanlara olan lütfüdür. Ancaq insanların çoxu şükür etməz."
Allah ortaq qoşaraq ölənləri nə üçün əfv etməz?
Nisa/4:48
Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, çox böyük bir həqarət etmiş olar.
Nisa/4:116
Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.
Loğman/31:13
Loğman oğluna öyüd verərkən bunu demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."
Zumər/39:65
Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.