Yusuf - 12:5 (Atası Yəqub) dedi: "Oğlum, yuxunu qardaşlarına anlatma, ola bilər ki, sənə qarşı bir plan qurarlar. Çünki şeytan, insana açıq-aşkar bir düşməndir."
Yusufun (ə) röyası ilə əlaqəli:
Yusuf/12:99 Yusufun yanına gəldiklərində, ana-atasını qucaqladı və: "Allahın izni ilə güvən içində Misirə girin," dedi.

Yusuf/12:100 Ana-atasını taxtın üzərinə qaldırdı. Hamısı onun üçün səcdəyə qapandılar. Dedi ki: “Atacan, Bu, öncədən gördüyüm yuxunun gerçəkləşməsidir. Rəbbim onu gerçəkləşdirdi. Şeytan, mənimlə qardaşlarımın arasını açdıqdan sonra O məni həbsxanadan çıxararaq və sizi çöldən gətirərək mənə yaxşılıq etdi. Gerçəkdən Rəbbim istədiyinə qarşı çox şəfqətlidir. O, Biləndir, Hikmət sahibidir."

Yusuf/12:101 "Rəbbim, Sən mənə hökmranlıq verdin və yuxuların yozumunu öyrətdin. Yeri və göyü ayıraraq yaradansan. Dünya və axirətdə Sənsən mənim Vəlim (Sahibim). Canımı müsəlman olaraq al və məni yaxşılara qat."