Rad - 13:1 Əlif. Ləm. Mim. Ra. Bu (hərflər), Kitabın möcüzələridir. Rəbbindən sənə nazil edilən, gerçəkdir; fəqət insanların çoxu iman etməz.
"Bunlar, açıqlayan kitabın möcüzələridir": Əlaqəli ayə:
Yunus/10:1 Əlif. Ləm. Ra. Bunlar (bu hərflər), hikmət sahibi kitabın möcüzələridir.

Yusuf/12:1 Əlif. Ləm. Ra. Bu (hərflər), açıq-aşkar Kitabın möcüzələridir.

Rad/13:1 Əlif. Ləm. Mim. Ra. Bu (hərflər), Kitabın möcüzələridir. Rəbbindən sənə nazil edilən, gerçəkdir; fəqət insanların çoxu iman etməz.

Hicr/15:1 Əlif. Ləm. Ra. Bu (hərflər) kitabın və açıq-aşkar Quranın möcüzələridir.


Nəml/27:1 Ta. Sin. Bu (hərflər), Quranın, açıq-aşkar bir kitabın möcüzələridir.


Loğman/31:2 Bunlar (bu hərflər), bu hikmətli Kitabın möcüzələridir.