Rad - 13:16 De ki: "Rəbbi kimdir, göylərin və yerin?" De ki: "Allahdır!" De ki: "Ondan başqa, özlərinə belə fayda və zərər verə bilməyən kimsələri övliyalarmı seçdiniz?" De ki: "Heç korla görən eyni ola bilərmi, yaxud heç qaranlıqla işıq eyni ola bilərmi?" Yoxsa Allahın yaratdığı kimi yaradan ortaqlar tapdılar sonra da yaratmalarını bir-biriyləmi qarışdırdılar? De ki: "Allah hər şeyin Yaradıcısıdır. O Təkdir, Hökmdardır."
"Karlaşdırıb, korlaşdırmaqdan": Məqsəd nədir?
Furqan/25:73 Onlara Rəblərinin ayələri xatırladıldığı zaman, onlara qarşı kar və kor (kimi) davranmazlar.

İsra/17:72 Bu dünyada kor olanlara gəlincə, onlar axirətdə də kordur və yol baxımından da daha çox azğındır.

Rad/13:19 Sənə nazil edilənin gerçək olduğunu bilən biri, görməyən kimidirmi? Ancaq ağıl sahibləri öyüd alır.

Əraf/7:64 Onu yalanladılar. Bundan sonra onu və onunla birlikdə gəmidə olanları qurtardıq. Ayələrimizi yalan hesab edənləri isə boğduq. Onlar kor bir xalq idi.

Ənam/6:50 De: "Sizə, Allahın xəzinələri mənim yanımdadır demirəm. Gizli olan şeyləri də bilmirəm. Sizə, bir mələk olduğumu da söyləmirəm. Sadəcə mənə vəhy ediləni izləyirəm." Bunu da söylə: "Kor ilə görən eynidirmi?" Düşünmürsünüz?

Hud/11:24 Hər iki qrupun nümunəsi, kor və kar olan biri ilə görən və eşidən birinin (halı) kimidir. Durumları eynidirmi? Öyüd almırsınız?

Ğafir/40:58 Kor ilə görən eyni olmaz. İman edib müttəqi davrananlar ilə pislik işləyənlər də eyni olmaz. Nə qədər az düşünürsünüz.

Ənam/6:104 Rəbbinizdən sizə aydınladıcı bilgilər gəlmişdir. Kim görərsə öz xeyrinə, kim korluq edərsə öz zərərinədir. Mən üzərinizdə nəzarətçi deyiləm.

Nəml/27:80 Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.
Nəml/27:81 Koru da azğınlığından çıxarıb (doğru) yola yönəldə bilməzsən. Sən ancaq, ayələrimizə iman edənlərə eşitdirə bilərsən; onlar (anlatdığın çağırışı) qəbul edərlər.

Zuxruf/43:40 Sənmi kara eşitdirəcəksən, yaxud koru və açıq-aşkar bir azğınlıqda olanı yola gətirəcəksən?

Həcc/22:46 Düşünən beyinlərlə və eşidən qulaqlarla yer üzünü gəzib-dolaşmadılarmı? Gerçək korluq, gözlərin korluğu deyil; kökslərdəki könüllərin korluğudur.

Yunus/10:42 Onlardan səni dinləyənlər də var; ağıllarını istifadə etməyən karlara sənmi eşitdirəcəksən?
Yunus/10:43 Onlardan sənə baxanlar da var; görə bilməyən korları sənmi doğruya yönəldəcəksən?

Rum/30:52 Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.
Rum/30:53 Koru da azğınlığından qurtarıb yola gətirə bilməzsən. Sən ancaq ayələrimizə iman edənlərə eşitdirə bilərsən ki, onlar dərhal təslim olarlar.

Həcc/22:46 Düşünən beyinlərlə və eşidən qulaqlarla yer üzünü gəzib-dolaşmadılarmı? Gerçək korluq, gözlərin korluğu deyil; kökslərdəki könüllərin korluğudur.

Fatir/35:22 Nə də dirilər ilə ölülər eynidir. Allah, kim/kimi istəyərsə ona eşitdirər. Sən məzarlarda olanlara eşitdirə bilməzsən.

Ənfal/8:21 Eşitmədikləri halda: "Eşitdik!" deyənlər kimi olmayın.
Ənfal/8:22 Allah yanında, yaradılmışların (məxluqatın) ən pisi, ağıllarını istifadə etməyən kar və lallardır.


Ənfal/8:2 İman edənlər elə kimsələrdir ki, Allah xatırlandığında ürəkləri titrəyər, Onun ayələri onlara oxunduğunda imanları artar və Rəblərinə güvənərlər.