Rad - 13:16
De ki: "Rəbbi kimdir, göylərin və yerin?" De ki: "Allahdır!" De ki: "Ondan başqa, özlərinə belə fayda və zərər verə bilməyən kimsələri övliyalarmı seçdiniz?" De ki: "Heç korla görən eyni ola bilərmi, yaxud heç qaranlıqla işıq eyni ola bilərmi?" Yoxsa Allahın yaratdığı kimi yaradan ortaqlar tapdılar sonra da yaratmalarını bir-biriyləmi qarışdırdılar? De ki: "Allah hər şeyin Yaradıcısıdır. O Təkdir, Hökmdardır."
"Göylərin və yerin Rəbbi": Əlaqəli
Rad/13:16
De ki: "Rəbbi kimdir, göylərin və yerin?" De ki: "Allahdır!" De ki: "Ondan başqa, özlərinə belə fayda və zərər verə bilməyən kimsələri övliyalarmı seçdiniz?" De ki: "Heç korla görən eyni ola bilərmi, yaxud heç qaranlıqla işıq eyni ola bilərmi?" Yoxsa Allahın yaratdığı kimi yaradan ortaqlar tapdılar sonra da yaratmalarını bir-biriyləmi qarışdırdılar? De ki: "Allah hər şeyin Yaradıcısıdır. O Təkdir, Hökmdardır."
İsra/17:102
"Göylərin və yerin Rəbbindən başqasının bu dəlilləri endirmədiyini yaxşı bilirsən. Firon, səni məhv olmuş biri olaraq görürəm!"
Kəhf/18:14
Qalxdıqlarında qəlblərini sağlamlaşdırmışdıq. "Rəbbimiz, göylərin və yerin Rəbbidir. Ondan başqa tanrı qəbul etməyəcəyik. Yoxsa, yanlış söz söyləmiş olarıq."
Ənbiya/21:56
Dedi ki, "Əslində sizin Rəbbiniz göylərin və yerin Rəbbidir; onları ayıraraq yaratmışdır. Mən buna şahidlik edənlərdənəm."
Zuxruf/43:82
Göylərin və yerin Rəbbi, Hökmranlığın Rəbbi, onların vəsflərindən çox Ucadır.
Casiyə/45:36
Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha təriflər olsun.
Zəriyət/51:23
Göyün və yerin Rəbbinə and olsun ki, sizin danışmağınız necə bir gerçəkdirsə, bu da eləcə bir gerçəkdir.
Məryəm/19:65
Göylərin, yerin və bunların arasında olanların Rəbbidir! Ona qulluq et və Ona olan qulluğunda davamlı ol! Ona bənzər birini bilirsənmi?!
Şuəra/26:24
(Musa) dedi ki, "Qəti bir inanca sahibsinizsə, O, göylərin, yerin və aralarındakıların Rəbbidir!"
Saffat/37:5
Göylərin, yerin və aralarındakıların Rəbbi, məşriqlərin Rəbbidir.
Duxan/44:7
Göylərin, yerin və aralarındakıların Rəbbidir. Qəti bir inanca sahibsinizsə ...
Nəbə/78:37
Göylərin, yerin və aralarındakıların Rəbbidir, Rəhmandır. Heç bir davada (hesab barəsində) Ona xitab edə bilməzlər.