Rad - 13:17 Göydən bir su endirir və dərələr onunla dolar-daşar və sel bol köpük yüklənər. Eyni şəkildə, bəzək şeyləri, yaxud əşya düzəltmək üçün əritdikləri maddələrdən də bənzər bir köpük əldə edərlər. Allah gerçəyi və batili belə bir örnəklə tanıdır. Köpük, yox olub gedər; ancaq insanlara fayda verən isə yerdə qalır. Bax Allah örnəkləri bu cür verir.
Yanlış (batil) nədir?
Loğman/31:30 Çünki Allah gerçəkdir. Ondan başqa çağırdıqları batildir və Allah Ən Uca və Ən Böyükdür.

Rad/13:17 Göydən bir su endirir və dərələr onunla dolar-daşar və sel bol köpük yüklənər. Eyni şəkildə, bəzək şeyləri, yaxud əşya düzəltmək üçün əritdikləri maddələrdən də bənzər bir köpük əldə edərlər. Allah gerçəyi və batili belə bir örnəklə tanıdır. Köpük, yox olub gedər; ancaq insanlara fayda verən isə yerdə qalır. Bax Allah örnəkləri bu cür verir.

Nəhl/16:72 Və Allah öz cinsinizdən sizin üçün zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə gözəl ruzilər verdi. Belə olduğu halda onlar batilə iman edib Allahın nemətinə nankorluqmu edirlər?

İsra/17:81 Və bunu bildir ki: "Gerçək gəlmiş, yanlış isə ortadan qalxmışdır. Onsuz da yanlış, məhv olmağa məhkumdur."

Kəhf/18:56 Biz elçiləri ancaq müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndərdik. Kafirlər, gerçəyi saxta və yanlış ilə ortadan qaldırmaq üçün səy göstərirlər. Ayələrimə və xəbərdar edildikləri şeylərə istehza etdilər.

Ənbiya/21:18 Xeyr, Biz gerçəyi batilin üstünə atarıq, sonra da onu məğlub edib məhv edər. (Allaha) isnad etdiklərinizdən ötrü vay halınıza.

Həcc/22:52 Səndən öncə, arzularına şeytanın qarışmadığı heç bir elçi və heç bir peyğəmbəri göndərmədik. Allah şeytanın atdığı şeyləri ortadan qaldırar və sonra Allah ayələrini sağlamlaşdırar. Allah Biləndir, Hikmət sahibidir.

Səba/34:48 De ki, "Mənim Rəbbim gerçəyi təsirli edər. O bütün gizli olan şeyləri Biləndir."
Səba/34:49 De ki, "Gerçək gəlmişdir; Batil isə nə yeni bir şeyi yarada bilər, nə də təkrarlaya bilər."

Şura/42:24 Onlar, "O, Allah haqqında yalan uydurdu." deyirlər, eləmi? Allah istəsə, sənin qəlbini möhürləyər. Allah yanlışı silər və sözləri ilə gerçəyi yerləşdirər. O ən gizli düşüncələri bilir.

Muhəmməd/47:3 Çünki inkar edənlər batilə tabe olmaqda, iman edənlər isə Rəblərindən gələn gerçəyə tabe olmaqdadırlar. Allah insanların vəziyyətini belə sərgiləyər.

Fussilət/41:41 Özlərinə mesaj yetişdikdən sonra onu inkar edənlər bilsin ki, o üstün bir Kitabdır.
Fussilət/41:42 Batil, onun nə önündən, nə də arxasından yaxınlaşa bilməz. Hikmət və Tərifəlayiq olanın nazil etdiyi bir vəhydir.