Rad - 13:31 Əgər o dağları hərəkətə gətirən, yaxud yer üzünü parçalayan, yaxud ölüləri dirildən bir Quran olsaydı belə (onlar yenə iman etməzdi). Bütün işlər Allahın kontrolundadır. İman edənlər hələ də anlamadılarmı ki, Allah istəsəydi bütün insanları doğruya yetişdirərdi. İnkar edənlər, Allahın sözü yerinə yetincəyə qədər etdiklərinə qarşılıq olaraq ya başlarına, ya da yaxınlarına üz verəcək bir fəlakətə uğrayacaqlar. Allah sözündən dönməz.
"Allah istəsəydi bütün insanları doğruya yönəldərdi.": Əlaqəli
Səcdə/32:13 İstəsəydik, hər kəsə hidayətini verərdik. Ancaq, cinlərin və insanların bir qismi ilə cəhənnəmi toplu şəkildə dolduracağıma dair sözüm gerçəkləşmişdir.

Ənam/6:149 De ki: "Ən güclü dəlil Allahındır. İstəsəydi, əlbəttə hamınızı doğruya yetişdirərdi."

Yunus/10:99 Rəbbin istəsəydi, yer üzündəkilərin hamısı iman edərdi. Elə isə, sənmi insanları iman etmələri üçün məcbur edəcəksən?

Rad/13:31 Əgər o dağları hərəkətə gətirən, yaxud yer üzünü parçalayan, yaxud ölüləri dirildən bir Quran olsaydı belə (onlar yenə iman etməzdi). Bütün işlər Allahın kontrolundadır. İman edənlər hələ də anlamadılarmı ki, Allah istəsəydi bütün insanları doğruya yetişdirərdi. İnkar edənlər, Allahın sözü yerinə yetincəyə qədər etdiklərinə qarşılıq olaraq ya başlarına, ya da yaxınlarına üz verəcək bir fəlakətə uğrayacaqlar. Allah sözündən dönməz.

Nəhl/16:9 Yolları göstərmək Allaha aiddir; bəzisi əyridir. İstəsəydi hamınızı doğruya yönəldərdi.
Nəhl/16:93 Allah istəsəydi, sizi tək bir camaat edərdi. Ancaq, istədiyini azdırır, istədiyinə də yol göstərir. Əlbəttə etdiklərinizdən sorğu-sual olunacaqsınız.

Şura/42:8 Allah istəsəydi, onları vahid bir camaat edərdi. Ancaq O, istədiyini rəhmətinə salar. Zalımların bir sahibi və yardımçısı yoxdur.

Maidə/5:41 Ağızlarıyla "iman etdik", dedikləri halda qəlbləriylə iman etməyənlərin inkarçılıqdakı səyləri səni üzməsin. Yəhudilərin bir qrupu var ki, yalana qulaq verir, səninlə heç qarşılaşmamış bir topluluğu dinləyir. Kəlmələrin mənasını dəyişdirib. "Sizə bu verilərsə alın, bu verilməzsə çəkinin," deyirlər. Allah birini çaşdırmaq istəyərsə, Allaha qarşı kimsə ona yardım edə bilməz. Bax onlar, Allahın qəlblərini təmizləmək istəmədiyi şəxslərdir. Onlar üçün dünyada alçaldılma və axirətdə də böyük bir əzab var.