İbrahim - 14:15 Zəfər istədilər, beləcə hər inadçı dikbaş pərişan oldu.
Məqsəd nədir?
Zuxruf/43:51 Firon xalqına belə səsləndi: "Ey xalqım, Misirin hökmranlığı və altımda axıb gedən bu çaylar mənə aid deyilmi? Görmürsünüzmü?"
Zuxruf/43:52 "Yaxud mən, bu alçalmış (rəzil) və danışmaqdan aciz olan adamdan daha üstün deyiləmmi?"
Zuxruf/43:53 "Nə üçün ona qızıllardan ibarət bir xəzinə verilmir, yaxud nə üçün yanında işləyəcək mələklər gəlmir?"
Zuxruf/43:54 Beləcə xalqını yanıltdı və onlar da ona uydular. Onlar bayağı insanlar idi.
Zuxruf/43:55 Bizimlə savaşmaqda israr edincə onlardan öc (intiqam) aldıq, hamısını boğduq.