İbrahim - 14:22
Qərar yayımlandıqdan sonra şeytan onlara belə dedi: "Allah sizə gerçəyi söz verdi, mən isə sizə söz verdim və sözümdən döndüm. Mənim sizin üzərinizdə heç bir gücüm yox idi; mən sizi çağırdım, siz də mənə qatıldınız. Buna görə məni qınamayın, yalnızca özünüzü qınayın. Nə siz məni qurtara bilərsiniz, nə də mən sizi qurtara bilərəm. Məni ortaq qoşmanızı zatən öncə də inkar etmişdim." Zalımlar üçün ağrılı-acılı bir əzab vardır.
Dirilmə günü inkar edənlərə yardım edən olmaz:
Maidə/5:37
Atəşdən çıxmaq istəyərlər; amma çıxa bilməzlər. Onlar sürəkli bir cəzaya məhkum olmuşlar.
Həcc/22:22
Hər nə vaxt oradakı sıxıntıdan çıxmaq istəsələr, oraya geri çevrilərlər: "Yandırıcı əzabı dadın."
Səcdə/32:20
Yoldan çıxmışların malikanəsi isə atəşdir. Oradan hər çıxmaq istədiklərində, təkrar oraya çevrilərlər. Onlara, "Yalanlamaqda olduğunuz atəş əzabını dadın," deyilər.
Zuxruf/43:77
"Ey Malik, artıq Rəbbin bizim işimizi bitirsin," deyə səslənərlər. O da, "Siz belə qalacaqsınız," deyər.
Fatir/35:37
Orada, "Rəbbimiz, bizi çıxart ki, etdiklərimizdən fərqli işlər edək," deyə fəryad edərlər. Öyüd alabiləcək bir nəfərin öyüd alabiləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı? Sizə xəbərdarlıq edən də gəlmişdi. Elə isə dadın. Zalımların yardımçısı yoxdur.
Ğafir/40:49
Atəşdəkilər, cəhənnəmin gözətçilərinə, "Rəbbinizə yalvarın ki, bizdən əzabı heç olmasa, bircə gün yüngülləşdirsin," deyərlər.
Ğafir/40:50
Onlar da deyərlər ki, "Elçiləriniz sizə açıq-aşkar dəlillərlə gəlməmişdimi?" "Bəli," deyərlər. Bunun üzərinə onlar, "Elə isə özünüz yalvarın. Halbuki inkar edələrin yalvarması nəticə verməz."
Kəhf/18:29
De ki, "Bu gerçək sənin Rəbbindəndir." İstəyən iman etsin, istəyən inkar etsin. Biz zalımlar üçün onları hər tərəfdən bürüyəcək bir atəş hazırladıq. Onlar hər nə vaxt fəryad edərək yardım istəsələr, konsentratlı turşu kimi üzləri qaynadan su verilər. Necə də pis bir içəcək, necə də pis bir sondur!"
Bəqərə/2:48
Elə bir gündən çəkinin ki, heç kəs heç kəsin yerinə bir şey ödəyə bilməz, vasitəçilik (şəfaət) qəbul edilməz, heç kəsdən bir fidyə alınmaz və yardım da edilməz.
Bəqərə/2:86
Onlar axirət qarşılığında dünya həyatını satın alan kimsələrdir. Buna görə də əzabları yüngülləşdirilməz və onlara yardım edilməz.
Bəqərə/2:123
Kimsənin kimsə üçün bir şey ödəyə bilmədiyi, heç kimsədən fidyə alınmadığı və heç kimsəyə şəfaətin (vasitəçiliyin) fayda vermədiyi və yardımın kəsildiyi bir gündən çəkinin.
Ali İmran/3:21
Allahın ayələrini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə və insanlar arasında ədaləti müdafiə edənləri öldürənlərə ağrılı-acılı bir əzabı müjdələ.
Ali İmran/3:22
Onlar, dünya və axirətdə etdikləri boşa çıxanlardır. Onlara yardım edən də olmayacaq.
Ali İmran/3:192
"Rəbbimiz, Sən kimi atəşə salarsansa əlbəttə onu rəzil etmiş olursan. Zalımlara yardım edən olmaz."
Nisa/4:145
İkiüzlülər (münafiqlər) Atəşin ən aşağı qatındadır; Onlara yardım edəcək kimsə tapa bilməzsən.
Hud/11:113
Zalımlara əsla simpatiya duymayın, onları dəstəkləməyin, yoxsa sizə atəş toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur, sonra sizə yardım da edilməz.
Ənbiya/21:39
İnkar edənlər, üzlərindən və arxalarından atəşi uzaqlaşdıra bilməyəcəkləri və yardım da görə bilməyəcəkləri anı bir bilsəydilər.
Qasas/28:41
Onları, atəşə çağıran öndərlər etdik; dirilmə günündə də yardım görməzlər.
Loğman/31:33
Ey insanlar! Rəbbinizi dinləyin, atanın övladına yardım edə bilməyəcəyi və övladın da ataya yardım edə bilməyəcəyi gündən qorxun. Allahın sözü gerçəkdir. Dünya həyatı sizi aldatmasın. Aldadıcılar, sizi Allah ilə aldatmasınlar.
Zumər/39:54
Rəbbinizə yönəlin və cəzaya məruz qalmadan öncə Ona təslim olun, yoxsa o zaman sizə yardım olunmaz.
Fussilət/41:16
Nəhayət, onlara dünya həyatında alçaldıcı əzabı daddırmaq üçün uğursuz günlərdə üzərlərinə sərt bir külək göndərdik. Axirət əzabı isə daha alçaldıcıdır və onlar yardım görməzlər.
Duxan/44:41
O gün dost, dostunu heç bir şeydən qoruya bilməz və yardım da görməzlər.
Casiyə/45:33
Etdikləri pisliklər özlərinə görünəcək və istehza etdikləri şey onları bürüyüb ovlayacaqdır.
Casiyə/45:34
Və onlara belə deyilər: "Bu günkü qarşılaşmanızı unutduğunuz üçün, Biz də bu gün sizi unuduruq. Yeriniz atəşdir və sizin bir yardımçınız da olmayacaqdır."
Tur/52:46
O gün, planları onları heç bir şeydən qorumayacaq və yardım da görməyəcəklər.