İbrahim - 14:22
Qərar yayımlandıqdan sonra şeytan onlara belə dedi: "Allah sizə gerçəyi söz verdi, mən isə sizə söz verdim və sözümdən döndüm. Mənim sizin üzərinizdə heç bir gücüm yox idi; mən sizi çağırdım, siz də mənə qatıldınız. Buna görə məni qınamayın, yalnızca özünüzü qınayın. Nə siz məni qurtara bilərsiniz, nə də mən sizi qurtara bilərəm. Məni ortaq qoşmanızı zatən öncə də inkar etmişdim." Zalımlar üçün ağrılı-acılı bir əzab vardır.
Dirilmə günündə əzaba layiq olanların, özlərini azdıran şeytanlarla olan çəkişməsi:
İbrahim/14:22
Qərar yayımlandıqdan sonra şeytan onlara belə dedi: "Allah sizə gerçəyi söz verdi, mən isə sizə söz verdim və sözümdən döndüm. Mənim sizin üzərinizdə heç bir gücüm yox idi; mən sizi çağırdım, siz də mənə qatıldınız. Buna görə məni qınamayın, yalnızca özünüzü qınayın. Nə siz məni qurtara bilərsiniz, nə də mən sizi qurtara bilərəm. Məni ortaq qoşmanızı zatən öncə də inkar etmişdim." Zalımlar üçün ağrılı-acılı bir əzab vardır.
Şuəra/26:96
Orada höcətləşərək belə danışacaqlar:
Şuəra/26:97
"Allaha and olsun, biz gerçəkdən çox açıq-aydın bir azğınlıq içində imişik."
Şuəra/26:98
"Çünki sizi aləmlərin Rəbbinə tay tuturduq."
Şuəra/26:99
"Bizi azdıranlar günahkarlardı."
Şuəra/26:100
"İndi bizim nə şəfaətçimiz var,"
Şuəra/26:101
Nə də yaxın bir dostumuz."
Saffat/37:27
Dönüb bir-birlərini sorğu-suala çəkərlər.
Saffat/37:28
"Siz bizə sağ tərəfimizdən yaxınlaşırdınız," deyərlər.
Saffat/37:29
Deyərlər ki, "Əslində siz iman etmiş kimsələr deyildiniz."
Saffat/37:30
"Bizim sizin üzərinizdə hər hansısa bir gücümüz yox idi. Əksinə siz azmış bir topluluq idiniz."
Saffat/37:31
"Rəbbimizin haqqımızdakı sözü gerçəkləşdi, artıq dadacağıq."
Saffat/37:32
"Biz azmışdıq. Sizi də azdırdıq."
Saffat/37:33
Beləcə, o gün onlar əzabda ortaqdırlar.
Fussilət/41:29
İnkar edənlər, "Rəbbimiz, cinlərdən və insanlardan bizi azdıranları bizə göstər, onları ayaqlarımızın altına alaq və ən alçaq olanlardan olsunlar," deyərlər.