İbrahim - 14:36          
          
                        "Rəbbim, onlar, insanlardan bir çoxunu azdırdılar. Mənim davamçılarım məndəndir. Mənə qarşı gələnlərə gəlincə, əlbəttə Sən Bağışlayansan, Rəhmlisən."          
        
        
          "Məni izləyənlər məndəndir.": İman edənlər həmişə az olmuşdu.        
      
                  
                    
                      Zəriyət/51:36                    
                  
                  
                                        Zatən orada bir evdən başqa heç bir müsəlman tapmadıq.                  
                
                
              
                  
                    
                      Zəriyət/51:35                    
                  
                  
                                        Sonra, orada iman edənlərdən kim varsa çıxardıq.                   
                
                
              
                  
                    
                      Zəriyət/51:34                    
                  
                  
                                        "Rəbbinin tərəfindən həddi aşanlar üçün işarələnmiş olaraq."                   
                
                
              
                  
                    
                      Zəriyət/51:33                    
                  
                  
                                        "Üzərlərinə palçıqdan daşlar göndərmək üçün..."                  
                
                
              
                  
                    
                      Zəriyət/51:32                    
                  
                  
                                        Dedilər ki, "Biz günahkar bir topluluğa göndərildik."                   
                
                
              
                  
                    
                      Zəriyət/51:31                    
                  
                  
                                        (İbrahim:) "Ey elçilər, əsl görəviniz nədir?" dedi.                  
                
                
              
                  
                    
                      Yunus/10:83                    
                  
                  
                                        Firon və əyanlarının işgəncə və təzyiqindən qorxduqları üçün Musaya, xalqından ancaq bir neçə nəfər iman etdi. Firon, yer üzündə həddi çox aşan bir tiran idi.                   
                
                
              
                  
                    
                      Hud/11:40                    
                  
                  
                                        Nəhayət, əmrimiz gəlib və göy qaynayıb daşınca, ona dedik ki: "Hər növdən bir cütü, daha öncə  məhkum edilmişlər xaric, ailə-uşağını və iman edənləri ona yüklə." Onunla birlikdə iman etmişlər zatən bir neçə nəfər idi.