İbrahim - 14:50 Geyimləri qatrandandır və üzlərini atəş bürüyər.
Günahkarlar üzlərindən tanınarlar:
Əbəsə/80:42 Bax onlar inkar edənlərdir, yoldan çıxanlardır.

Yunus/10:27 Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.

Ali İmran/3:106 O gün bəzi üzlər ağarar, bəzi üzlər isə qaralar. Üzləri qaralan kəslərə: “İman etdikdən sonra inkarmı etdiniz? İnkarınıza görə əzabı dadın."