İbrahim - 14:8 Musa: "Yer üzündə olan hər kəslə birlikdə nankorluq etsəniz, biləsiniz ki, Allah möhtac deyildir, tərifə layiqdir," demişdi.
Tərif yalnız Allaha yaraşır:
Ənam/6:1 Tərif, göyləri və yeri yaradan, qaranlığı və işığı var edən Allaha yaraşır! Buna rəğmən, inkar edənlər Rəblərini başqalarıyla eyni tutur.

İbrahim/14:1 Əlif. Ləm. Ra. Bir kitabdır. Onu sənə nazil etdik ki, insanları Rəblərinin izni ilə qaranlıqlardan aydınlığa çıxarasan, O Güclü və Tərifə layiq olanın yoluna...
İbrahim/14:2 Yəni Allahın. O ki, göylərdə və yerdə olanların hamısına sahibdir. Layiq görüldükləri çətin (şiddətli) əzabdan dolayı vay kafirlərin halına.

Nəml/27:59 De ki, "Tərif Allaha xasdır. Salam (sülh) da seçdiyi qullarına olsun. Allahmı, yoxsa onların ortaq qoşduqlarımı daha yaxşıdır?"

Mumtəhənə/60:6 Allahı və Axirət Gününü arzu edənləriniz üçün onlarda gözəl bir örnək vardır. Üz çevirənlərə gəlincə, O Zəngindir, Tərifəlayiqdir.