Hicr - 15:3 Burax onları, yesinlər, əylənsinlər və ümidləriylə başlarını qatsınlar; mütləq öyrənəcəklər.
"Mütləq öyrənəcəklər.": Məqsəd nədir?
Furqan/25:42 "Müqavimət göstərməsəydik, az qala bizi tanrılarımızdan azdırırıb ayıracaqdı." Əzabı gördüklərində kimin gerçəkdən azğın yolda olduğunu öyrənəcəklər.

Hud/11:39 "Alçaldıcı əzab kimə gəlirmiş və sürəkli əzaba kim layiq imiş, irəlidə biləcəksiniz."
Hud/11:93 "Xalqım, əlinizdən gələni edin; mən də edəcəyəm. Alçaldıcı əzabın kimə gələcəyini və kimin yalançı olduğunu irəlidə biləcəksiniz. Ümidlə gözləyin, mən də sizinlə birlikdə ümidlə gözləyirəm."

Zumər/39:39 De ki, "Ey xalqım, bildiyinizi edin, mən də edəcəyəm. İrəlidə biləcəksiniz:"
Zumər/39:40 "Alçaldıcı əzab kimə gəlirmiş və sürəkli əzaba kim layiq imiş!"

Təkasur/102:7 Onsuz da, onu gözünüzlə qəti olaraq görəcəksiniz.
Təkasur/102:8 Sonra, o gün (sizə verilən) nemətlərdən sorğu-sual olunacaqsınız.

Cinn/72:24 Onlara söz verilən şeyi gördüklərində kimin yardımçısının gücsüz və sayca az olduğunu görəcəklər.