Hicr - 15:54
(İbrahim:) "Yaxşıca yaşlandığım halda məni müjdələyirsiniz? Məni nə ilə müjdələyirsiniz?" dedi.
Qocalmışkən uşaq (müjdəsi); başqa hansı peyğəmbərə verildi?
Ali İmran/3:38
Zəkəriyya oradaca Rəbbinə dua edərək dedi: “Rəbbim! Qatından mənə tərtəmiz bir soy ver, Sən duaları Eşidənsən”.
Ali İmran/3:39
Məbəddə durub namaz qılarkən mələklər ona: “Allah səni, Allahın sözünü təsdiqləyəcək, qürurlu, iffətli və müttəqi bir peyğəmbər olan Yəhya ilə müjdələyir", deyə səsləndilər.
Ali İmran/3:40
"Rəbbim, mən yaşlı və arvadım sonsuz ikən mənim necə oğlum ola bilər?” - deyincə, O, “Bəli; amma Allah istədiyini edər” - dedi.
Məryəm/19:2
Bu, Rəbbinin, qulu Zəkəriyyaya olan rəhmətinin xatırlanmasıdır.
Məryəm/19:3
Rəbbinə gizli bir yalvarışla səslənmişdi,
Məryəm/19:4
"Rəbbim, vücudumdakı sümük zəiflədi, başım da ağappaq ağarmışdı. Rəbbim, Sənə yalvardığımda, heç bir vaxt naümid olmadım."
Məryəm/19:5
"Mənə tabe olanların məndən sonrakı halından narahat oluram. Arvadım da qısırdır. Qatından mənə bir varis bağışla."
Məryəm/19:6
"Mənə və Yəqub soyuna varis olsun. Rəbbim, onu bəyəndiyin biri et."
Məryəm/19:7
"Zəkəriyya, sənə bir oğul müjdələyirik. İsmi Yəhyadır. Onun kimisini daha öncə yaratmadıq."
Məryəm/19:8
"Rəbbim, mənim necə bir oğlum ola bilər? Arvadım qısır, mən isə həddən artıq yaşlıyam," dedi.
Məryəm/19:9
"Bəli elədir, (lakin) Rəbbin, 'O iş Mənim üçün asandır. Daha öncə səni yaratmışdım və sən heç bir şey deyildin' deyir."