Hicr - 15:7
"Doğru sözlüsənsə bizə mələkləri gətirsənə."
Nə üçün insan elçilərə iman etmədilər?
Ənam/6:91
"Allah heç bir insana bir şey nazil etməz," deməklə Allahı layiqincə qiymətləndirmədilər. De ki: "İnsanlara bir hidayət və işıq olaraq Musanın gətirdiyi kitabı kim nazil etdi - ki göstərmək üçün onu kağızlara yazdığınız halda çoxunu gizləyirdiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri onun vasitəsiylə öyrəndiniz-?" De, "Allah!" və onları öz azğınlıqlarında burax, oynayıb-əylənsinlər.
Mulk/67:8
Az qala öfkədən partlayacaq! İçinə hər nə zaman bir qrup atılsa, oranın gözətçiləri, "Sizə bir xəbərdar edici gəlmədimi?" deyə soruşdular.
Mulk/67:9
Onlar da dedilər ki, "Bəli, bizə bir xəbərdar edici gəlmişdi, amma biz yalanladıq və 'Allah heç bir şey nazil etməmişdir. Siz tamamilə yoldan çıxmışsınız', dedik."
Ya sin/36:13
Onlara, bir şəhər camaatının onlara gələn elçilərə göstərdiyi rəftarın örnəyini ver.
Ya sin/36:14
Onlara iki elçi göndərmişdik, ikisini də yalanladılar. Bunun üzərinə üçüncü biri ilə dəstəkləmişdik. "Biz sizə göndərilən elçilərik," demişdilər.
Ya sin/36:15
Dedilər ki, "Siz də bizim kimi insandan başqa bir şey deyilsiniz. Rəhman isə heç bir şey nazil etməmişdir. Siz yalan söyləyirsiniz."
İsra/17:94
Onlara hidayət gəldiyində, insanlar: "Allah bir insanımı elçi olaraq göndərdi?" deyərək iman etmədilər.
Hud/11:25
Nuhu xalqına göndərmişdik: "Mən, sizin üçün açıq-aşkar xəbərdarlıq edən biriyəm."
Hud/11:26
"Allahdan başqasına qulluq etməyin! Ağrılı-acılı bir günün əzabına uğramanızdan qorxuram."
Hud/11:27
Xalqının inkar edən öncüləri, "Səni sadəcə bizim kimi bir insan olduğunu görürük və aramızdakı dayaz düşüncəli adi insanlardan başqa kimsənin sənə tabe olmadığını görürük. Sizin bizdən hər hansısa bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizin yalançı olduğunuzu sanırıq," dedilər.
Fussilət/41:14
Onlara, "Allahdan başqasına qulluq/xidmət etməyin," deyə önlərindən və arxalarından elçilər getmişdi. Onlar isə, "Rəbbimiz istəsəydi, bir mələk endirə bilərdi. Buna görə də, sizin gətirdiyiniz mesaja inanmırıq," dedilər.
Ənbiya/21:2
Hər nə vaxt Rəblərindən onlara yeni bir mesaj (zikr) gəlsə, onu ciddiyə almadan dinləyərlər.
Ənbiya/21:3
Qəlbləri qorxusuzdur. Zalımlar gizlicə bir-birləriylə görüşdülər: "Bu adam sizin kimi bir insan deyilmi? Göz görə-görə sehrəmi qapılacaqsınız?"
Muminun/23:33
Dünya həyatında onlara həddindən artıq nemətlər bağışlamamıza rəğmən, axirət qarşılaşmasını yalanlayıb inkar edən, xalqının öncüləri belə dedilər: "Bu, yalnızca sizin kimi bir insandır. Sizin yediyinizdən yeyir, sizin içdiyinizdən içir."
Muminun/23:34
"Sizin kimi bir insana tabe olsanız, siz o zaman gerçəkdən ziyana uğrayarsınız."
Muminun/23:46
Firon və öncü dəstəsinə... Ancaq onlar təkəbbür göstərdilər. Onlar həddini bilməz (utanmaz) bir topluluq olmuşdu.
Muminun/23:47
"O ikisinin xalqı bizə köləlik etdiyi halda, indi biz tutub bizim kimi iki insanamı iman edək?" dedilər.
Şuəra/26:141
Səmud (xalqı) da elçiləri yalanladı.
Şuəra/26:142
Qardaşları Saleh onlara demişdi ki, "Müttəqi olmayacaqsınız?"
Şuəra/26:153
Dedilər ki, "Sən ovsunlanmışsan."
Şuəra/26:154
"Sən bizim kimi bir insansan. Doğru sözlüsənsə, bizə bir möcüzə gətir görək."
Şuəra/26:176
Əykə xalqı da elçiləri yalanladı.
Şuəra/26:177
Qardaşları Şueyb onlara demişdi ki, "Müttəqi olmayacaqsınız?"
Şuəra/26:185
Dedilər ki, "Sən ovsunlanmışsan."
Şuəra/26:186
"Sən sadəcə bizim kimi bir insansan və biz sənin yalan söylədiyinə inanırıq."
Təğabun/64:5
Daha öncə inkar edib və etdiklərinin qarşılığını dadanların xəbəri sizə yetişmədimi? Onlara ağrılı-acılı bir əzab vardır.
Təğabun/64:6
Çünki, elçiləri onlara açıq-aşkar dəlillərlə gedirlər və onlar isə, "Bizə doğru yolu bir insanmı göstərəcək?" deyirdilər. Beləcə inkar edib üz çevirirdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah Zəngindir, Təriflənəndir.
İbrahim/14:10
Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.
İbrahim/14:11
Elçiləri isə onlara belə dedilər: "Biz, əlbəttə sizin kimi bir insanıq. Ancaq, Allah, qullarından istədiyini seçərək ona lütf edir. Allahın izni olmadan sizə bir səlahiyyət sənədi gətirə bilməmiz mümkün olan şey deyil. İman edənlər Allaha güvənməlidir.
Qamər/54:23
Səmud (qövmü) də xəbərdarlıqları yalanladı.
Qamər/54:24
Dedilər ki, "Bizdən olan bir insanamı tabe olaq? O zaman biz yoldan çıxar və cəhənnəmə girərik."
Qamər/54:25
"Mesaj aramızdan onamı verildi? O, həddini bilməz yalançının biridir."
Muminun/23:24
Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."
Furqan/25:7
Və dedilər, "Necə olur ki, bu elçi yemək yeyir və bazarlarda gəzib-dolaşır? Gərək onunla birlikdə xəbərdarlıq etmək üçün bir mələk nazil olaydı!"
Ənam/6:8
"Ona mələk endirilməli deyildimi?!"– deyirlər. Bir mələk endirsəydik, iş bitirilmiş olardı, onlara möhlət də verilməzdi.
Zuxruf/43:53
"Nə üçün ona qızıllardan ibarət bir xəzinə verilmir, yaxud nə üçün yanında işləyəcək mələklər gəlmir?"