Nəhl - 16:113 Onlara özlərindən bir elçi gəldi, onu yalanladılar. Sonunda, zülm etdikləri vaxt onları əzab yaxaladı.
Öncəki cəmiyyətlərin Rəbbimiz tərəfindən yaxalanmaları?
Ənkəbut/29:40 Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.

Ali İmran/3:11 Fironun xalqı və ya onlardan öncəkilərin vəziyyəti kimi... Ayələrimizi (vəhy və möcüzələrimizi) yalan hesab etdilər və Allah da onları suç üstündə yaxaladı. Allahın cəzalandırması şiddətlidir.

Haqqə/69:10 Rəblərinin elçisinə üsyan etdilər. Bunun nəticəsi olaraq da, onları şiddəti getdikcə artan bir şəkildə yaxalamışdı.

Ənam/6:44 Onlara çatdırılan mesajı unutduqları zaman, onlara hər şeyin qapısını ardına qədər açdıq. Özlərinə verilənlərlə həddi aşdıqları (qudurğanlıq etdikləri) vaxt onları qəflətən yaxaladıq və beləcə çaşqın və naümid qaldılar.

Əraf/7:95 Sonra pisliyin yerinə yaxşılığı gətirdik. Ancaq anlayışlarını itirdilər: "Sıxıntı və rifah atalarımıza da toxunmuşdu," dedilər. Bundan sonra, xəbərləri olmadan onları qəflətən yaxaladıq.
Əraf/7:96 Ölkələrin xalqları iman edib müttəqi davransaydılar, göylərdən və yerdən üzərlərinə bolluq qapısını açardıq. Amma yalanladılar və bundan sonra qazandıqları ilə birlikdə onları yaxaladıq.
Əraf/7:165 Onlara xatırladılanlara əhəmiyyət verməyib unudunca, pisliklərlə mücadilə edənləri qurtardıq; haqsızlıq edənləri də yoldan çıxmalarına qarşılıq olaraq dəhşətli bir əzab ilə yaxaladıq.

Ənfal/8:52 Eyni Fironun tərəfdarlarının və onlardan öncəkilərin gedişi kimi... Allahın ayələrini inkar etdilər. Günahlarına görə Allah da onları yaxalayıb cəzalandırdı. Allah Güclüdür, cəzası çətindir (şiddətlidir).

Hud/11:64 "Ey xalqım, Allahın bu dəvəsi sizin üçün bir ayədir. Allahın torpağında buraxın otlasın. Ona pislik etməyin. Yoxsa sizi yaxın bir əzab yaxalayar."
Hud/11:67 Zalımları qorxunc bir səs yaxaladı, yurdlarında çöküb qaldılar.
Hud/11:94 Əmrimiz gəlincə Şueybi və onunla birlikdə iman edənləri Bizdən bir rəhmətlə qurtardıq. Zülm edənləri qorxunc gurultu yaxaladı; yurdlarında çöküb qaldılar.
Hud/11:102 Bax Rəbbin, zülm etməkdə olan məmləkətləri yaxaladığı zaman bu cür yaxalayar. Onun yaxalaması ağrılı-acılıdır, çətindir.

Rad/13:32 Səndən əvvəlki elçilərə də istehza edildi. İnkar edənlərə fürsət verdim və axırda onları yaxaladım. Nəticə necə idi?

Hicr/15:73 Dan yeri ağararkən onları fəlakətli bir gurultu yaxaladı.

Nəhl/16:45 Pislik planlaşdıranlar, Allahın onları yerin dibinə batırmayacağından, yaxud ümid etmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyindən əminmi oldular?
Nəhl/16:46 Yaxud (yatdıqları yerdə) dönüb-fırlanarkən onları yaxalamayacağından...? Onlar qurtula bilməzlər.
Nəhl/16:47 Yaxud onları qorxu və əndişə içində olduqları halda yaxalamayacağından...? Rəbbiniz əlbəttə Şəfqətlidir, Rəhmlidir.
Nəhl/16:113 Onlara özlərindən bir elçi gəldi, onu yalanladılar. Sonunda, zülm etdikləri vaxt onları əzab yaxaladı.

Muminun/23:41 Qorxunc fəlakət onları bərabərcə yaxaladı və beləcə onları zibil yığınına çevirdik. O zalım xalq məhv olmağa layiq idi.

Şuəra/26:158 Və cəza onları yaxaladı. Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.
Şuəra/26:189 Onu yalanladılar və nəticə olaraq Sayvan Gününün (Kölgəli Gününün) cəzası onları yaxaladı; Müdhiş bir günün cəzası idi.

Qasas/28:39 O və ordusu yer üzündə haqsız yerə təkəbbür göstərdi və Bizim hüzurumuza dönməyəcəklərini sandılar.
Qasas/28:40 Onu və əsgərlərini yaxalayıb dənizə atdıq. Zalımların aqibətinə diqqətlə bax.

Ənkəbut/29:14 Nuhu, öz xalqına göndərmişdik və onların arasında min ildən əlli il əskik qaldı. Ancaq zülm etdikləri üçün onları tufan yaxaladı.
Ənkəbut/29:37 Onu yalanladılar. Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.

Fatir/35:25 Səni yalanlayırlarsa, onlardan öncəkilər də yalanladılar. Elçiləri onlara açıq-aşkar sənədlər, ilahilər və aydınladan kitablar gətirdilər.
Fatir/35:26 Sonra Mən də inkar edənləri yaxaladım. Məni inkar etmək də necə imiş!

Ğafir/40:5 Onlardan öncə Nuhun xalqı da yalanlamışdı və onlardan sonra bir çox partiya da... Hər topluluq elçilərini təsirsiz hala gətirməyə çalışdı. Gerçəyi aradan qaldırmaq üçün boş və yanlış şeylərlə mübahisə etdilər. Axırda onları yaxaladım; cəzalandırmam necə imiş?
Ğafir/40:21 Özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzündə gəzib-dolaşmırlarmı? Onlardan daha çox gücə sahib idilər, yer üzündə daha çox məhsuldar idilər. Ancaq Allah onları günahları ilə yaxaladı. Allaha qarşı onları qoruya bilən yoxdur.
Ğafir/40:22 Çünki, elçilər onlara açıq-aşkar dəlillərlə getdiklərində inkar edirdilər. Axırda Allah onları yaxaladı. O Güclüdür, Cəzalandırması Şiddətlidir.

Fussilət/41:17 Səmud xalqına gəlincə, onlara yolu göstərdik, halbuki onlar korluğu hidayətdən üstün tutdular. Axırda, qazandıqlarına qarşılıq, onları alçaldıcı əzabın ildırımı yaxaladı.

Zəriyət/51:39 Əyanları ilə birlikdə üz çevirdi və "Ya bir sehrbazdır, ya da bir dəlidir," dedi.
Zəriyət/51:40 Onu və əsgərlərini yaxalayıb dənizə atdıq. Bundan o məsul idi.

Qamər/54:34 Üzərlərinə daş yağdıran bir fırtına göndərdik, yalnız Lutun ailəsini səhər vaxtı qurtardıq.
Qamər/54:36 Onları bu yaxalamamıza qarşı xəbərdar etmişdi; ancaq onlar xəbərdarlıqları şübhə ilə qarşıladılar.
Qamər/54:42 Bütün möcüzələrimizi yalanladılar və Biz də onları Ən üstün və hər şeyə Gücü Yetənin yaxalaması kimi yaxaladıq.

Muzzəmmil/73:16 Ancaq Firon, elçiyə qarşı gəldi; Biz də onu dəhşətli bir şəkildə yaxaladıq.