Nəhl - 16:116
Dillərinizin yalan yerə dəyərləndirməsindən ötrü "Bu halaldır, bu haramdır," deməyin!" Beləcə Allaha yalan isnad edirsiniz. Allaha yalan isnad edənlər uğur qazana bilməzlər.
Allaha qarşı yalan uyduranların sonu:
Nəhl/16:116
Dillərinizin yalan yerə dəyərləndirməsindən ötrü "Bu halaldır, bu haramdır," deməyin!" Beləcə Allaha yalan isnad edirsiniz. Allaha yalan isnad edənlər uğur qazana bilməzlər.
Ənam/6:93
Allah adına yalan uydurandan və özünə heç bir şey vəhy edilmədiyi halda, "Mənə vəhy edilir," deyəndən və "Allahın endirdiyi kimi mən də endirəcəyəm," deyəndən daha zalım kim ola bilər? Can verdikləri vaxt zalımları bir görəsən! Mələklər, əllərini uzatmışdır: "Canınızı verin! Allah haqqında gerçək olmayanı söyləmənizə və Onun ayələrini (vəhyini və möcüzələrini) kibr və qürurla qarşılamanıza görə bu gün utandırıcı əzabla cəzalandırılacaqsınız."
Hud/11:18
Uydurma olan şeyləri Allaha isnad edəndən daha zalım kim ola bilər? Onlar Rəblərinin hüzuruna çıxarılar və şahidlər: "Bax, Rəbləri haqqında yalan uyduranlar bunlardır," deyəcəklər. Allahın lənəti zalımlaradır.
Hud/11:19
Onlar ki, Allahın yolundan uzaqlaşdırarlar və onu əyri göstərmək istəyərlər. Onlar axirəti də inkar edərlər.
Əraf/7:37
Allaha yalan iftira edəndən və ya ayələrini yalanlayandan daha zalım kim ola bilər? Onların kitabda anlatılan payları onlara yetişəcəkdir. Elçilərimiz onlara gəlib canlarını alarkən: "Allahdan başqa qulluq/xidmət etdikləriniz haradadır," dediklərində, "Bizi tərk etdilər," deyərlər. İnkarçı olduqlarına dair öz əleyhlərində şahidlik edərlər.
Əraf/7:38
"Sizdən öncə gəlib-keçən cin və insan topluluqarı ilə birlikdə atəşə girin," dedi. Hər nə vaxt bir topluluq girdisə bir öncəkinə lənət etdi. Hamısı oraya daxil olduğunda sonrakılar öncəkilər üçün: "Rəbbimiz, bizi bunlar azdırdı. Bunlara atəşdən bir qat daha artıq əzab ver," dedilər. "Hamısı üçün iki qat vardır. Ancaq bilmirsiniz," dedi.
Yunus/10:69
De ki: "Allah haqqında yalan uyduranlar uğur qazana bilməzlər."
Yunus/10:70
Dünyada paylarını alarlar, sonra dönüşləri Bizədir. Sonra da inkar etmələrinə görə onlara şiddətli əzabı daddırarıq.
Zumər/39:30
Sən öləcəksən, onlar da öləcəklər.
Zumər/39:31
Sonra Dirilmə Günü, Rəbbinizin hüzurunda məhkəməyə çıxacaqsınız.
Zumər/39:32
Allaha qarşı yalan uydurandan və özünə gerçək gəldiyində onu yalanlayandan daha zalım kim ola bilər? Kafirlər üçün cəhənnəmdə bir yermi yoxdur?