Nəhl - 16:120
İbrahim, Allaha boyun əyən, monoteist bir öncü idi. Heç bir vaxt ortaq qoşmadı.
İbrahim peyğəmbərin imamlığı (öndərliyi):
Ali İmran/3:97
Orada açıq-aşkar işarətlər var: İbrahimin (bütpərəstliyə qarşı) durma yeridir. Oraya daxil olan güvənlik içində olmalıdır. İnsanlardan yolçuluğa (səfər etməyə) imkanı olanlar o Evi (Kəbəni) Allah üçün həcc etməklə məsuldur. Kim inkar edərsə bilsin ki, Allah kimsəyə möhtac deyildir.
Ənbiya/21:57
"Allaha and içirəm ki, siz gedən kimi, ardınızdan heykəllərinizə qarşı bir plan quracağam."
Ənbiya/21:58
Hamısını parça-parça etdi; ancaq bəlkə ona müraciət edərlər deyə ən böyüklərinə toxunmadı.
Ənbiya/21:59
"Hər kim tanrılarımıza bunu etdisə, gerçək bir zalımdır!" dedilər.
Ənbiya/21:60
"Onları dilinə dolayan bir cavan oğlan (olduğunu) eşitdik, ona İbrahim deyilirmiş" dedilər.
Mumtəhənə/60:4
Sizin üçün İbrahim və onunla bərabər olanlarda gözəl bir örnək vardır. Onunla bərabər olanlar, öz xalqına, "Biz sizdən və sizin Allahdan başqa qulluq/xidmət etdiklərinizdən uzağıq. Sizi tanımırıq. YALNIZ Allaha iman edincəyə qədər bizimlə sizin aranızda əbədi olaraq düşmənçilik və nifrət zahir olmuşdur. Halbuki, İbrahimin atasına, "Sənin bağışlanmağın üçün dua edəcəyəm, fəqət Allahdan gələcək heç bir şeyə qarşı səni qoruya bilmərəm." şəklindəki sözü (bir xəta olaraq) bunun xaricində idi. "Rəbbimiz, Sənə güvəndik, Sənə yönəldik və axırda Sənə dönəcəyik."