Nəhl - 16:35 Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə də atalarımız Ondan başqa bir şeyə qulluq/xidmət etməz və Onun haram etdiyindən başqasını da haram etməzdik." Onlardan öncəkilər də bu cür davranmışdı. Elçinin açıq şəkildə bildirməkdən başqa bir görəvimi var?
Ortaq qoşanlar, ortaq qoşmalarını Allaha nisbət edərlər:
Əraf/7:28 Hər hansısa pis bir şeyi işlədikləri zaman, "Atalarımızı bu cür edərkən gördük; Allah da bizə elə əmr etdi," deyərlər. De ki: "Allah pis bir şeyi əmr etməz. Allah haqqında necə olur ki, bilmədiklərinizi söyləyirsiniz?"

Nəhl/16:35 Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə də atalarımız Ondan başqa bir şeyə qulluq/xidmət etməz və Onun haram etdiyindən başqasını da haram etməzdik." Onlardan öncəkilər də bu cür davranmışdı. Elçinin açıq şəkildə bildirməkdən başqa bir görəvimi var?

Zuxruf/43:19 Rəhmanın qulları olan mələkləri dişi hesab etdilər! Onların yaradılışlarına şahidmi oldular? Bu şahidlikləri qeyd ediləcək (yazılacaq) və sorğu-suala çəkiləcəklər.
Zuxruf/43:20 Hətta, "Rəhman istəsəydi, biz onlara qulluq/xidmət etməzdik," dedilər. Onların bu mövzuda bir bilgiləri yoxdur. Onlar sadəcə təxmin edirlər.

Ənam/6:144 Dəvədən iki, inəkdən iki. De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkinimi? Allahın sizə belə əmr etdiyinə şahidmi oldunuz? İnsanları biliksizcə yoldan azdırmaq üçün, yalan uydurub onları Allaha isnad edənlərdən daha zalım kim ola bilər? Allah zalım topluluğu doğru yola yönəltməz."
Ənam/6:148 Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə atalarımız ortaq qoşmaz, və heç bir şeyi də haram etməzdik," deyəcəklər. Onlardan öncəkilər də əzabımızı dadıncaya qədər eyni şəkildə yalanlamışdılar. De ki: "Yanınızda bizə göstərə biləcəyiniz hər hansısa bir məlumat varmı? Siz ancaq zənnə (şübhəli və ziddiyyətli rəvayətlərə) uyursunuz və siz sadəcə güman edirsiniz.