Nəhl - 16:70 Və sizi Allah yaratdı. Sonra da həyatınıza son qoyar. Sizdən bəziləri həyatın ən pis zamanına qədər yaşadılır ki, bilgidən sonra heç bir şeyi bilməsin. Allah Biləndir, hər şeyə Gücü Yetəndir.
Həyatın ən pis zamanı:
Rum/30:54 Allah sizi zəif olaraq yaratdı, zəiflikdən sonra sizə güc verdi, gücdən sonra zəiflik və ağarmış saçlar verdi. O istədiyini yaradır. O Biləndir, Güclüdür.

Ya sin/36:68 Kimə çox ömür verəriksə, yaradılışını tərsinə çevirərik. Anlamırsınız?

Məryəm/19:4 "Rəbbim, vücudumdakı sümük zəiflədi, başım da ağappaq ağarmışdı. Rəbbim, Sənə yalvardığımda, heç bir vaxt naümid olmadım."

Qasas/28:23 Mədyən suyuna çatdığında, orada heyvanlarını sulayan insanlardan bir qrupa rast gəldi. Onların arxasında kənarlaşdırılıb-qovulan iki qadın gördü. Onlara, "Nə etmək istəyirsiniz?" dedi. "Çobanlar sulayıb çəkilmədən sulaya bilmərik. Atamız da çox yaşlı bir adamdır," dedilər.

Ali İmran/3:40 "Rəbbim, mən yaşlı və arvadım sonsuz ikən mənim necə oğlum ola bilər?” - deyincə, O, “Bəli; amma Allah istədiyini edər” - dedi.

Hud/11:72 "Vay başıma gələnlər," dedi, "Mən yaşlı bir qadın və ərim də qoca bir adam ikən uşaqmı doğacağam? Bu, çox qəribə bir şeydir!"

Zəriyət/51:28 Onlardan bir qorxu hiss etdi. Bunun üzərinə onlar, "Qorxma!" dedilər və ona bilikli bir oğul müjdələdilər.
Zəriyət/51:29 Arvadı heyrət içində, (heyrətdən) üzünə vuraraq, "Qısır bir yaşlı qadın!" dedi.