Nəhl - 16:78 Allah sizi analarınızın qarnından çıxardığı zaman bir şey bilmirdiniz. Sizə eşitmə, görmə duyğuları və beyinlər verdi ki, şükür edəsiniz.
Nə üçün eşitmə və görmə qabiliyyəti ilə beyinlər verdi?
İnsan/76:2 Biz insanı qarışıq bir mayedən yaratdıq ki, onu sınayaq. Buna görə onu eşidən və görən etdik.

İsra/17:36 Bilmədiyin bir şeyə iman edib ardına düşmə, çünki eşitmə, görmə duyğusu və beyin, hamısı ondan məsuldur.

Əhqaf/46:26 Sizi məskunlaşdırmadığımız yerlərə məskunlaşdırmışdıq onları. Onlara eşitmə və görmə hissləri ilə beyinlər vermişdik. Allahın ayə və möcüzələrini bilə-bilə inkar etdikləri üçün nə eşitmə, nə görmə hissləri və nə də beyinləri onlara heç bir fayda vermədi. İstehza etdikləri şeylər onları hər tərəfdən bürüdü.

Həcc/22:46 Düşünən beyinlərlə və eşidən qulaqlarla yer üzünü gəzib-dolaşmadılarmı? Gerçək korluq, gözlərin korluğu deyil; kökslərdəki könüllərin korluğudur.

Casiyə/45:23 Arzusunu tanrı edən kimsəyə diqqət etdinmi? Həqiqətən Allah onu bilərək azdırmış, eşitmə hissini və beynini möhürləmiş və görməsinə pərdə qoymuşdur. Allahdan başqa kim onu doğruya yönəldə bilər? Öyüd almırsınız?

Hud/11:20 Onlar, yer üzündə qaçıb qurtula bilməzlər və Allahdan başqa dost və sahibləri yoxdur. Onlara əzab qat-qat artırılar. Çünki onlar eşidə bilmədilər, görə bilmədilər.

Ənam/6:46 De: "Bir düşünün, Allah sizin eşitmə və görmə qabiliyyətinizi alıb yaddaşınızı qapasa, Allahdan başqa hansı tanrı onları sizə geri verə bilər?" Ayələri necə açıqladığımıza və buna rəğmən necə də üz çevirdiklərinə diqqət et!
Ənam/6:104 Rəbbinizdən sizə aydınladıcı bilgilər gəlmişdir. Kim görərsə öz xeyrinə, kim korluq edərsə öz zərərinədir. Mən üzərinizdə nəzarətçi deyiləm.