İsra - 17:58          
          
                        Heç bir ölkə yoxdur ki, Dirilmə günündən öncə onu məhv etmiş və ya şiddətli bir şəkildə cəzalandırmış olmayaq. Bu, Kitabda yazılmışdır.           
        
        
          Daha öncə məhv edilən nəsillər:        
      
                  
                    
                      Həcc/22:42                    
                  
                  
                                        Səni yalanlayarlarsa, onlardan öncə Nuh, Ad və Səmud xalqları da yalanlamışdılar.                  
                
                
              
                  
                    
                      Həcc/22:43                    
                  
                  
                                        İbrahimin xalqı, Lutun xalqı da...                  
                
                
              
                  
                    
                      Həcc/22:44                    
                  
                  
                                        Mədyən yerliləri də... Musa belə yalanlandı. Mən o kafirlərə möhlət verdim və sonra onları hesaba çəkdim; Məni tanımamaq da necə imiş...                  
                
                
              
                  
                    
                      Sad/38:12                    
                  
                  
                                        Onlardan öncə Nuh xalqı, Ad və piramidalar sahibi Firon da yalanlamışdı.                   
                
                
              
                  
                    
                      Sad/38:13                    
                  
                  
                                        Səmud, Lut xalqı və Əykəlilər də... Onlar partiyalardı (firqələrdi).                    
                
                
              
                  
                    
                      Sad/38:14                    
                  
                  
                                        Hamısı da elçiləri yalanladılar və cəzama layiq oldular.                   
                
                
              
                  
                    
                      Qaf/50:12                    
                  
                  
                                        Onlardan öncə Nuhun xalqı, Rəss əhalisi və Səmud (tayfası) da yalanlamışdı.                   
                
                
              
                  
                    
                      Qaf/50:13                    
                  
                  
                                        Ad (qövmü), Fironun (xalqı), Lutun qardaşları...                   
                
                
              
                  
                    
                      Qaf/50:14                    
                  
                  
                                        Əykə əhalisi və Tubba əhalisi də... Hamısı elçiləri yalanladılar. Bunun üzərinə təhdidim gerçəkləşdi.                  
                
                
              
                  
                    
                      Nəcm/53:50                    
                  
                  
                                        Odur həlak edən keçmiş Ad xalqını,                  
                
                
              
                  
                    
                      Nəcm/53:51                    
                  
                  
                                        Səmudu da (sağ) buraxmadı.                  
                
                
              
                  
                    
                      Nəcm/53:52                    
                  
                  
                                        Və ondan öncə Nuhun xalqını da; onlar çox zalım və çox azğın kimsələr idi.                  
                
                
              
                  
                    
                      Nəcm/53:53                    
                  
                  
                                        Yıxılıb batırılmış olanlar (Sodom və Qomorra), ən alçaqları idi.                  
                
                
              
                  
                    
                      Nəcm/53:54                    
                  
                  
                                        Onları örtən örtdü.