Kəhf - 18:10 Gənclər mağaraya sığındıqlarında, "Rəbbimiz, bizə mərhəmətini yağdır və bu vəziyyətdən bizə qurtuluş yolu göstər," demişdilər.
Gənclər nə üçün mağaraya sığındı?
Kəhf/18:15 "Bu xalqımız Ondan başqasını tanrılar qəbul etdi. Onların tanrı olduğunu açıq bir dəlillə dəlilləndirməli deyildilərmi? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?"
Kəhf/18:16 "Madam ki, siz onlardan və Allahdan başqa qulluq/xidmət etdiklərindən ayrıldınız, elə isə mağaraya sığının. Ola bilər ki, Rəbbiniz sizə rəhmətini yağdırar, işinizdə sizə müsbət nəticə hazırlayar."
Kəhf/18:19 Beləcə onları oyatdıq ki, bir-birlərindən soruşsunlar. Onlardan biri: "Nə qədər qaldınız?" deyə soruşdu. "Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq," dedilər. "Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. Birinizi bu pul ilə şəhərə göndərək ki, ən təmiz və ləziz yeməkləri seçib sizə bir azuqə gətirsin. Diqqətli davranaraq kimsənin diqqətini üstünə çəkməsin," deyə əlavə etdilər.
Kəhf/18:20 "Onlar sizi fərq edərlərsə, sizi daşqalaq edərlər və ya sizi öz dinlərinə döndərərlər ki, bu vəziyyətdə də, əsla uğur qazana bilməzsiniz."