Kəhf - 18:27
Rəbbinin Kitabından sənə vəhy ediləni oxu. Kəlmələrini heç bir şey dəyişdirib qaldıra bilməz və Ondan başqa bir sığınacaq da tapa bilməzsən.
45: 18, 19 ilə əlaqəli:
Ənam/6:115
Rəbbinin kəlmələri doğruluq və ədalətlə tamamlanmışdır. Onun sözlərini dəyişdirə biləcək (bir kimsə) yoxdur. O, Eşidəndir, Biləndir.
Rad/13:37
Beləcə onu ərəbcə bir qanun olaraq nazil etdik. Sənə gələn bu bilgidən sonra onların arzusuna (istəyinə) uysan, Allaha qarşı nə bir dostun, nə də bir qoruyucun ola bilməz.
Kəhf/18:27
Rəbbinin Kitabından sənə vəhy ediləni oxu. Kəlmələrini heç bir şey dəyişdirib qaldıra bilməz və Ondan başqa bir sığınacaq da tapa bilməzsən.
Casiyə/45:18
Sonra sənə də din mövzusunda bir qanun verdik; sən ona tabe olmalısan. Bilməyənlərin istəyinə uyma.
Casiyə/45:19
Onlar, Allahdan (gələcək) heç bir şeyi səndən dəf edə bilməzlər. Zalımlar bir-birlərinin dostlarıdır. Allah da müttəqilərin Dostudur.