Kəhf - 18:35 Beləcə nəfsinə zülm edərək bağına girdi və: "Bunun məhv olacağını heç sanmıram," dedi.
32, 33..., 43 ayələri əsasında; verilən nemətlərdə Allahı xatırlamayan, öz marağını, nəfsini tanrı seçən nankor şəxsiyyət.
Qasas/28:76 Qarun, Musanın xalqından olmasına rəğmən xəyanət edib onlara zülm etdi. Ona elə xəzinələr vermişdik ki, açarları güclü bir topluluğa belə ağır gəlirdi. Xalqı ona belə demişdi: "Qürrələnmə, Allah qürrələnənləri sevməz."
Qasas/28:77 "Allahın sənə verdiyi nemətlərlə, dünyadakı payını unutmadan axirət yurdunu axtar. Allah sənə necə yaxşılıq etmişsə, sən də yaxşılıq et. Yer üzündə fəsad törətməyi axtarma. Allah fəsadçıları sevməz."
Qasas/28:78 Dedi ki, "Bütün bunlar mənə, bilgi və bacarığıma görə verildi." Ondan öncə, özündən daha böyük bir gücə və say baxımından çoxluğa sahib olan neçə-neçə nəsilləri Allahın məhv etdiyini bilmirmi? Suçluların suçları özlərindən soruşulmaz.

Fussilət/41:50 Sıxıntısının ardından, ona Bizdən bir rəhmət daddırsaq, "Bu mənə aiddir. Dünyanın sonunun da gələcəyini sanmıram. Rəbbimə döndərilərəmsə də, Onun qatında mənim üçün daha gözəl şeylər vardır," deyər. İnkar edənlərə, etdiklərinin gerçək mahiyyətini əlbəttə xəbər verəcəyik. Çətin (şiddətli) bir əzabdan daddıracağıq onlara.

Kəhf/18:32 Onlara iki nəfərin örnəyini ver: Birisinə, ətrafını xurma ağaclarıyla əhatə edib, aralarında başqa əkinlər bitirdiyimiz iki üzüm bağçası vermişdik.
Kəhf/18:33 Aralarına bir çay yerləşdirdiyimiz üçün, hər iki bağ da barını heç əsirgəmədən bolluca vermişdi.
Kəhf/18:34 Artıq bir məhsula sahib idi. Həqiqətən, söhbət etdiyi yoldaşına, "Mən səndən daha zənginəm və daha çox adama sahibəm," dedi.
Kəhf/18:35 Beləcə nəfsinə zülm edərək bağına girdi və: "Bunun məhv olacağını heç sanmıram," dedi.
Kəhf/18:37 Onunla söhbət edən yoldaşı ona dedi ki: "Səni torpaqdan, xırda bir damladan yaradıb səni bir adam şəklinə salan Rəbbinimi inkar edirsən?"
Kəhf/18:36 "Dünyanın sonunun da gələcəyini sanmıram. Rəbbimə döndərilərəmsə də orada daha yaxşısını əldə edərəm."
Kəhf/18:38 "Mənə gəlincə... O Allah mənim Rəbbimdir, mən Rəbbimə heç bir şeyi ortaq qoşmaram."
Kəhf/18:39 "Bağına girdiyin zaman, 'Bu Allahın Bəxşişidir (MaşaAllah), Qüvvət ancaq Allah ilədir (La quvvətə illa billah)' deməli deyildinmi? Səndən daha az paraya (pula) və övlada sahib olduğumu görə bilərsən, amma"
Kəhf/18:40 "Rəbbim, bəlkə sənin bağçandan daha yaxşısını mənə verər və ola bilər ki, bağçana göydən bir fəlakət göndərər ki, qupquru bir torpağa dönüşər."
Kəhf/18:41 "Yaxud suyu dibinə çökər və bir daha su tapa bilməzsən."
Kəhf/18:42 Dediyi vaxt, məhsulu məhv edildi. Çardaqları üzərinə yığılmış olan bağına verdiyi əməkdən ötrü matəm tutmağa və: "Kaş ki, Rəbbimə ortaq qoşmasaydım," deməyə başladı.
Kəhf/18:43 Allahdan başqa özünə yardım edə biləcək bir dəstək tapa bilmədi. Özünü də qurtara bilmədi.