Məryəm - 19:20 (Məryəm:) "Mənə heç bir insan əli dəyməmiş və mən iffətsizlik etməmişkən necə olur ki, bir oğlum olur?" dedi.
İman edənlər iffətlidir:
Nisa/4:34 Kişilər qadınları himayə edərlər. Çünki Allah hər birinə fərqli bacarıqlar və xüsusiyyətlər vermişdir. Necə ki, kişilər evin dolanışığından məsuldur. Müttəqi qadınlar, (Tanrının qanunana) boyun əyər və Allahın qorumasını əmr etdiyi (şərəf və iffətlərini) tək başlarına olsalar belə qoruyarlar. İffətlərindən narahat olduğunuz qadınlara öyüd verin, yataqlarınızı ayırın və nəhayət onları çıxardın. Sizə itaət edərlərsə, onlara qarşı (başqa) bir yol axtarmayın. Allah Ucadır, Böyükdür.

Yusuf/12:23 Evində olduğu qadın onu başdan çıxarmaq istədi, qapıları bağladı və: "Tamamilə sənə aidəm," dedi. Dedi ki: "Allaha sığınıram. O mənim rəbbimdir (ağamdır), (ona görə) ki mənə yaxşı bir yer verdi. Zalımlar uğur qazanmaz."
Yusuf/12:24 Qadın onu çox arzulamışdı, Rəbbinin işarətini görməsəydi o da onu çox arzulamışdı. Beləcə pislik və fənalığı ondan çevirdik. O, xalis qullarımızdandı.
Yusuf/12:25 Qapıya doğru qaçdılar. Qadın onun köynəyini arxadan çəkib cırdı. Qapının yanında qadının bəyi ilə qarşılaşdılar. Qadın: "Arvadına təcavüz etmək istəyən kişinin ya həbs edilməsi və ya ağrılı-acılı bir əzabla cəzalandırılması lazım deyilmi?" dedi.
Yusuf/12:26 Dedi ki: "Əslində sənin arvadın məni başdan çıxarmaq istədi." Ailədən bir şahid: "Köynəyi ön tərəfdən cırılmışsa qadın doğrunu söyləyir, o isə bir yalançıdır."
Yusuf/12:27 "Yox əgər köynəyi arxadan cırılmışsa, o zaman qadın yalançı, o doğru sözlüdür," deyə şahidlik etdi.
Yusuf/12:28 Köynəyinin arxadan cırıldığını görüncə: "Bu, siz qadınların planıdır. Planınız müdhişdir." dedi.
Yusuf/12:29 "Yusuf, sən bu hadisəni unut, sən də (ey qadınım) günahına görə bağışlanma dilə. Sən xəta işlədin."
Yusuf/12:30 Şəhərdə bir dəstə qadın: "Valinin arvadı xidmətçisini başdan çıxarmağa çalışır," dedilər, "Ona çılğıncasına aşiqdir. Onu açıq-aydın bir azğınlıq içində görürük."
Yusuf/12:31 Qadın, onların dedi-qodusunu eşidincə onları dəvət etdi. Onlar üçün komfortlu yerlər hazırladı. Hər birinə bir bıçaq verdi. (Qadınlar, meyvələrini soymaqla məşğul ikən Yusufa:) "Onların hüzuruna çıx!" dedi. Qadınlar onu görüncə, elə təsirləndilər ki, əllərini kəsdilər və: "Allah qorusun, bu bir insan deyil; bu ancaq əsl bir mələkdir," dedilər.
Yusuf/12:32 (Qadın:) "Bax siz məni bunun üçün günahlandırmışdınız. Onu başdan çıxarmaq istədim, ancaq (iffətini) qoruyub məni rədd etdi. Ona əmr etdiyimi etməzsə həbsxanaya atılacaq və alçaldılacaqdır," dedi.

Məryəm/19:19 (Mələk:) "Mən, sənə tərtəmiz bir oğlan uşağı vermək üçün görəvləndirilmiş Rəbbinin bir elçisiyəm," dedi.
Məryəm/19:20 (Məryəm:) "Mənə heç bir insan əli dəyməmiş və mən iffətsizlik etməmişkən necə olur ki, bir oğlum olur?" dedi.

Nur/24:30 İman edənlərə, gözlərini çəkindirmələrini (qadınlara gözünü dikib baxmamalarını) və iffətlərini qorumalarını bildir. Bu onlar üçün daha təmiz bir davranışdır. Əlbəttə Allah etdiklərindən xəbərdardır.
Nur/24:31 İman edən qadınlara da söylə, gözlərini çəkindirsinlər, iffətlərini qorusunlar və açıqda olmalı olan yerləri xaric, cazibəli yerlərini göstərməsinlər. Örtüklərini sinələrinin üzərinə bağlasınlar. Vücudlarının cazibəli yerlərini kimsəyə göstərməsinlər; ancaq ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğullar, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, digər qadınlar, cinsi ehtirasa sahib olmayan kişi xidmətçilər və işçilər və qadınların cinsi yönlərini hələ anlamayan uşaqlar xaric. Gizlədikləri cazibəli yerlərini sərgiləmək/bildirmək üçün ayaqlarını yerə vurmasınlar. Ey iman edənlər, hamınız birlikdə Allaha yönəlin ki, müvəffəq olasınız.
Nur/24:32 Subaylarınızı, müttəqi qadın və kişi xidmətçilərinizi evləndirin; əgər yoxsuldurlarsa, Allah onları öz lütfündən zəngin edəcəkdir. Allah Comərddir, Biləndir.
Nur/24:33 Evlənməyə imkanı olmayanlar da, Allah onları lütfü ilə zənginləşdirənə qədər iffətli davransınlar. Evlənmə yolu ilə azadlıq sənədi almaq istəyən əsirləri -niyyətləri dürüstdürsə- azadlıqlarına qovuşdurun. Və Allahın sizə verdiyi parasından (pulundan) onlara verin. İffətli olmaq istəyən qızlarınızı, bu dünyanın keçici mənfəətini arzulayaraq fahişəliyə məcbur etməyin. Kim onları məcbur edərsə, o zaman Allah onların məcbur edildiyini hesaba qatar; O Bağışlayandır, Rəhmlidir.
Nur/24:60 Evlənmə gözləntisi olmayan yaşlı qadınların, cəlbedici yerlərini açığa qoymamaq şərti ilə üst geyimlərini buraxmalarında (soyunmalarında) bir məhzur yoxdur. İffətli davranmaları özləri üçün daha yaxşıdır. Allah Eşidəndir, Biləndir.

Muminun/23:6 Ancaq zövcələri yəni andlarının/müqavilələrinin haqq sahibi olduqları xaric. Onlar qınanmazlar.

Furqan/25:68 Onlar, Allah ilə birlikdə başqa tanrılar çağırmazlar; Allahın qadağan etdiyi canı haqsız yerə öldürməzlər və zina etməzlər. Bunları işləyən, günahların hesabını ödəyər.